Yuxarı

Bağırzadə: Komadan çıxanda adımı soruşdular, bilmədim

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırzadə: Komadan çıxanda adımı soruşdular, bilmədim

Mən o biri dünyadan bir ildir ki, qayıtmışam. Koronavirusdan danışanda panik ataklarım başlayır.

Kult.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə “Azərbaycan Silahlı Qüvvələri” kitabının imza günündə deyib.

“Mənim üçün çox çətin oldu. Daim hərəkətdə olan, səhnədə ora-bura qaçan 50 yaşlarında sağlam bir kişi üçün çox ağır idi. Sağ tərəfim işləmirdi, sağ əlimi qaldıra bilmirdim. Hər yerimdən şlanq salmışdılar. Gözümü açanda gördüm ki, bir kişi, 8 qadın mənə baxır. Elə bildim, qəzaya düşmüşəm, çünki beynim işləmirdi. Komadan ayılanda soruşdular ki, adın nədir. O zaman bildim ki, beynim işləyir. Amma adımı deyə bilmədim. Elə bildilər, zarafat edirəm”, - B.Bağırzadə bildirib.

Əməkdar artist lap gənc yaşda, 1989-cu ildə mətbəədə fəhləlik etdiyini bildirib:

“1989-cu ildə məktəbi bitirdim. SSRİ dağılan vaxtı idi, mitinqlər olurdu. Universitetə girmişdik, amma dərslər başlamırdı. 5-6 ay işsiz qaldıq. Avara-avara gəzməmək üçün gedib mətbəədə fəhlə işləməyə başladım. 114 rubl maaş alırdım. Əmək kitabçamda da fəhlə işlədiyim yazılıb. O vaxt ayıb sayılırdı atadan şalvar pulu istəmək. Mətbəədə işlədiyim vaxtlar düşünürdüm ki, görəsən, nə zamansa mənim kitabım çıxa bilər?”

Tarix
2021.10.18 / 15:48
Müəllif
Kult.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla