Yuxarı

Erməni sürüsünü QURDlarımız yeyir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə erməni mediası Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına gətirilib-yerləşdirilən erməni sakinin heyvanlarının yoxa çıxması barədə məlumat yayıb. Guya bu dəfə 32 inək, 13 buzovu azərbaycanlılar “oğurlayıb”.

İlk başda bu inək-buzovun bir şəxsə aid edilməsi adamda şübhə yaradır. Bu naxırçı kimmiş belə? Təzə erməni fermeridir? Nə tez topladı bu yekəlikdə sərvəti? Bu, fermasının hamısıdırmı? Harda saxlayırmış bu təsərrüfatını?

Yenə adını fermer qoyub, fermadan oğurlandığını desələr, bir az inandırıcı olardı.

Digər tərəfdən, hadisə guya 3 oktyabrda baş verib, ancaq nədənsə 24 gün sonra hay-küy qaldırmağı lazım biliblər. Niyə? Bir cücəniz itib xəbəriniz olmayıb? 24 gündür 45 baş iribuynuzlu heyvanın yoxa çıxmasından indi niyə xəbər tutursunuz ki?

Bir neçə gün öncə də Qərbi Zəngəzur əyalətinin Azərbaycanla sərhəddə yerləşən Karnidzor kəndinin 107 qoyunu və 5 baş keçisinin Azərbaycan ərazisinə keçdiyi və yaxud azərbaycanlılar tərəfindən oğurlandığı bildirilmişdi.

Maraqlıdır, axı o ərazilərdə hələ azərbaycanlı əhali yaşamır? Yoxsa əsgərlərimizi nəzərdə tuturlar, sadəcə, “əsgər” yazmağa cəsarət etmirlər, “azərbaycanlılar” adı ilə ümumiləşdirirlər.

Ümumiyyətlə, vaxtaşırı olaraq yayılan bu qoyun-quzu, inək-buzov söhbətinin məqsədi-məramı, hədəfi nədir?

Yayılan informasiyaların heç birinin də “sonu” olmur: bu barədə Azərbaycan tərəfinə müraciət edilib, ya yox, nəticə necə oldu, qoyun-quzusu itən erməninin şəkli, videosu və yaxud itkin düşən qoyunların “fotosu”, nam-nişanı hanı?

Qoyun-quzu sizdən niyə qaçaq düşür? Nə oldu, qoyunlarınız o qədər ağıllıdır ki, “azıb” İrana, Gürcüstana keçmir, hətta Naxçıvana adlamır, yalnız işğaldan azad edilən yeni ərazilərə qaçası olur?

Necə olur, qoyun-quzular əsasən Zəngəzurdan buxarlanır, məsələn, Kəlbəcərə, Qazaxa, Tovuza keçmir?

Ya qoyun-quzuları satıb, sərhəd ərazilərdən köçməyə hazırlaşırlar və adını “oğurlandı” qoyurlar, ya özləri özlərindən etdikləri oğurluqları bizim ayağımıza yazmağa çalışırlar, ya da erməni mediası hər zamankı kimi əxlaqsız bir təbliğata başlayıb.

Əvvəla, qoyun-quzularınızın “oğurlanmasını” istəmirsinizsə, ayağınıza bağlayın, canınız çıxsın, bizim torpaqları otlaq yerinə çevirməyin. Daha işğaldakı torpaqları oylaqlara çevirdiyiniz zamanlar gorbagor oldu, cəhənnəmə getdi.

İkincisi, “oğurluq” istəmirsinizsə, onda sərhədlərin delimitasiya və demarkasiyasına bir an tez başlayın – qoy sərhədlər çəkilsin ki, sizin azan-təzən qoyun-quzu-inəkləriniz bu tərəfə keçməsin.

Üçüncüsü, növbəti dəfə bu məlumatı yayanda qoyunlarınızın şəklini də qoyun, İnterpolla axtarış verin: əgər Boz QURDlarımız yeməyibsə, qaytararıq...

Bir də qulağınıza sırğa edin: Qurdların olduğu məkana qoyun buraxmazlar, çalışın, azıb-təzib özünüz bəri keçməyəsiniz!

Tarix
2021.10.27 / 22:29
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla