Yuxarı

Mədəniyyət Nazirliyində islahatlar aparılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədəniyyət Nazirliyində islahatlar aparılır

Mədəniyyət Nazirliyi Aparatının strukturu təsdiqlənib. Yenilənmələr var və məqsədi müasir çağırışlara cavab verən aparat strukturunun formalaşdırılmasıdır.

Kult.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, ilk dəfə Mədəniyyət Nazirliyində Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi yaradılıb: "Bu şöbə Mədəniyyət Strategiyasının koordinasiyası ilə məşğul olacaq. Eyni zamanda, biz istəyirik ki, layihəyönümlü yanaşma da tətbiq edilsin. Koroporativ idarəçilik tətbiq edilsin ki, konkret məqsədlər və hədəflərə yönümlü bir idarəçilik olsun. Növbəti mərhələdə Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılmalıdır. Burada 3 əsas istiqamət var. Birinci hüquqi islahatlardır. Bəzi müəsissələrin hüquqi statusu tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə maneə törədir.

İkinci istiqamət kimi infrastruktur və struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunun ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. İslahatlarla bağlı məsələnin razılaşdırılması prosesi bu yaxınlarda yekunlaşdırılacaq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etmək və kadrların yetişdirilməsinin təməlini qoymaqdır.

Eyni zamanda, Azərbaycanın kino sahəsinin dünyada olduğu kimi inkişaf etdirilməsidir. Biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik. Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir. Digər istiqamət isə Azərbaycanın kino sahəsini kommersiya baxımından inkişaf etdirməkdir".

Tarix
2021.11.22 / 15:43
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla