Tovuzda yaşayış evi yandı: xəsarət alan var
17:45
| Ana səhifə Kult |
|
Avqustun 22-26-sı tarixlərində ilk dəfə olaraq Nağara-2015 Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan olan məşhur ritm ifaçıları iştirak edəcək.
Festivalın təntənəli açılış mərasimi avqustun 22-də Şəkidə baş tutacaq. 23-də Özbəkistanı təmsil edən "Abbos" qrupunun, 24-də İranı təmsil edən "Lian" qrupunun, 25-də Türkiyənin "İstanbul Harem" qrupunun konserti olacaq.
Festival 26 avqustda "Natiq ritm" qrupunun konserti ilə başa çatacaq və Nağara-2015 Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi keçiriləcək.
|
Tarix
2015.08.07 / 00:25
|
Müəllif
Nigar An
|