İranda zəlzələ oldu
09:58
| Ana səhifə Kult |
|
NVO telekompaniyası Britaniya şahzadəsi Harriyə "Taxtların oyunu" serialına çəkilməyi təklif edib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Harri son illərin ən məşhur və ən çox izlənilən serialında çəkilmək istəsə də, kraliça onun bu qərarına qarşı çıxıb.
İkinci Yelizaveta bu təklif haqda öyrənən kimi öz nəvəsinə filmdə çəkilmək qadağası qoyub.
Qeyd edək ki, kraliça özü sözügedən serialın izləyicilərindən biridir. O, hətta serialın 5-ci sezonunun İrlandiyada aparılan çəkilişlərində də iştirak edib.
|
Tarix
2015.08.10 / 12:45
|
Müəllif
Rəfiqə Əlisəfa
|