Yuxarı

Azərbaycanda yeni serial çəkilir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni serial çəkilir

Azərbaycanda kino aktyorluq məktəbi çox zəifdir.

Bu sözləri aktyor Kamran Yunis yeni çəkilən Azərbaycan serialı "Son addım" haqqında Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, serialın 30-40 seriya olması nəzərdə tutulur:

"Hazır olandan sonra televiziya kanallarından birinə təqdim edəcəyik. Serialın əsas rollarından birini mən ifa edəcəyəm. Eyni zamanda, aktyorlarla iş üzrə rejissor da mənəm. Çalışacağam ki, işimin öhdəsindən mükəmməl səviyyədə gəlim. Azərbaycanda kinoaktyorluq məktəbi çox zəifdir. Avropa, Amerika kinoları ilə ayaqlaşa bilmirik. Tomas Eliotun gözəl bir sözü var: "Qismətimiz cəhd etməkdir". İnşallah, ayaqlaşacağıq.

"Son addım" serialında detektiv süjet də var, məhəbbət də. Serialda həm yaşlı, həm də gənc nəslin aktyorları oynayacaq. Əsas rollardan birini Sənan Əlləz canlandıracaq. Birinci seriyanı şəxsi maddi vəsaitimiz hesabına ərsəyə gətirdikdən sonra telekanala təqdim edəcəyik, əgər kanal alsa, növbəti seriyalar dövlət tərəfindən maliyyələşəcək".

Tarix
2015.08.12 / 21:13
Müəllif
Nigar An
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla