Yuxarı

Dünya şöhrətli azərbaycanlı jurnalistin doğum günüdür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli azərbaycanlı jurnalistin doğum günüdür

Bu gün Azərbaycan əsilli tanınmış jurnalist Leyla Vəkillinin doğum günüdür.

Kult.az xatırladır ki, Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub.

Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Leyla Vəkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sarbon Universitetinin sosiologiya fakültəsini bitirib. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində, cümlədən Afrika, Latın Amerikası, Fələstin, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Film Festivalının qurucularından olub.

Qeyd edək ki, Leyla Vəkilli məşhur Vəkilovlar nəsilindəndir. İqtisаdçı və dövlət хаdimi, iqtisаd еlmləri namizədi, dоsеnt İlyas Vəkilovun qardaşı qızıdır.

Tarix
2022.02.21 / 18:12
Müəllif
Kult.az
Digər xəbərlər

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla