Yuxarı

“Qumarda uduzub, Elçibəydən pul aldım”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qumarda uduzub, Elçibəydən pul aldım”

Ömrümdə taxta-şalban alveri ilə məşğul olmaram. Lap məşğul olsam belə heç nə dəyişmir, kim mənə nə deyə bilər ki?

Məşhur fransız şairi Artur Rembo silah alveri ilə məşğul olub. Belə çıxır ki, onda gərək Artur şeir yazmayaydı? Özü də Artur konkret silah satıb, mən alverçiliklə məşğul olmamışam.

Axar.az xəbər verir ki, bunu şair Rüstəm Behrudi deyib.

Şair teleqraf.com-a geniş müsahibəsində bildirib ki, milyonçu olması haqda deyilənlər cəfəngiyyatdır:

"Mənim ticarətdən başım çıxmır. Bunu yazanlar məni hörmətdən salmaq istəyirlər. Amma bu, Rüstəm Behrudini hörmətdən salmaq üçün yaxşı üsul deyil.

Sən Aqşin Yeniseydən soruş gör niyə yazır ki, Rüstəm taxta-şalban satır? Yenə o söhbətə qayıdıram.

Taxta-şalban satsaydım, çoxlu pulum olardı. Yaxud da, taxta-şalban satmaq adam satmaqdan pisdirmi? Əvvəla, satmır. Amma lap satıram. Taxta-şalban satıram, adam satmıram ki...".

Şairin sözlərinə görə, əvvəllər qumar həvəskarı olub: "Qumar oynamaq mənim çox sevdiyim ziyanlı vərdişlərimdən biridir. Cavanlıqda çox oynamışam.

Amma təbii, həddi keçmirəm, böyük məbləğlər oynamamışam. Bir dəfə Vyetnamda görmək üçün getdiyim bina ilə üzbəüz kazino vardı.

Qumar oynamaq üçün kazinoya girdim, bir də baxdım ki, adamların əlindən yerimdən tərpənə bilmirəm.

Sən demə, 300 dollar pul udmuşammış. Sonra bildim ki, bu məbləğ bir vyetnamlının bir neçə illik məvacibi imiş".

R.Behrudi etiraf edib ki, bir dəfə qumarda uduzarkən Əbülfəz Elçibəydən 500 dollar alıb, amma onun bundan xəbəri olmayıb: "Onda Türkiyədə idi. Əkrəm Əylislinin, Ramiz Rövşənin də pulunu alıb qumarda uduzmuşam".

Tarix
2015.08.28 / 09:19
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla