Aktyor İntiqam Soltan bu
günlərdə ölkəmizi Türkiyədə təşkil olunan beynəlxalq "Türk adası"
yarışmasında təmsil edərək vətənə qayıdıb.
Axar.az Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanla sözügedən
yarışma və sənət fəaliyyəti çərçivəsində söhbətləşib.
Mənə 21 gün әrzindә 6 ağrıkәsici iynә
vurdular
– Türkiyə səfəriniz necə keçdi? Hansı təəssüratlarla
qayıtmısınız?
– Sәfәr, qatıldığımız yarışma çox maraqlı vә perspektivli idi.
Lakin yayımçılar, tәşkilati işlәrlә mәşğul olan "ikinci qat" bu
işlәrdә çox laqeyd vә naşı görünürdü, xüsusilә, özünü hәmin
şirkәtin rәhbәri kimi tәqdim edәn Alpər Aslan...
– "Türk adası" verilişinə öz istəyinizlə, yoxsa dəvət və
ya təkliflə getdiniz? Yəni məqsəd yəqin ki, təkcə ölkəni təmsil
etmək deyildi, həm də əyləncəyə və macəraya maraq
idi...
– Hәr halda mәn uşaq teatrının rәhbәriyәm. Sualın bir hissәsinin
cavabı burada var... Qaldı ki istәk mәsәlәsinә, bizim belә bir
layihә haqda heç mәlumatımız yox idi. Avqustun 3-ü axşam zәng
gәldi. 4-ü axşam tәyyarә ilə yola düşdük. Vә qәribәsi odur ki,
digәr dövlәtlәrdәn olan cütlüklәr 28-36 yaş arasında idilәr...
Bildiyiniz kimi, mənimsə 50 yaşım var. Üstəlik, mәn film
çәkilişindә dizlәrimi zәdәlәmişәm. Orada hәrәkәtli oyunlar zamanı
iynә ilә ayaq üstündә dururdum. 21 gün әrzindә 6 ağrıkәsici iynә
vurdular mәnә.
TRT rәhbәrliyi qәbul etmәdi
– Birinci yerə çıxmamağınızın əsas səbəbi verilişdə də
deyildiyi kimi şanssızlıq idi, yoxsa rəqiblərinizin güclü
olması?
– Çox şey! Әvvәla, birincilik iddiasıyla getmәmişdim. İkincisi
dә, birinci komanda ilә sonuncu komanda arasında iki-üç xal fәrqi
vardı... Sonra isә özlәri kimi istәdilәrsə, onu da birinci
seçdilәr. Sual yarana bilәr ki, necә olur, milyonların gözü
qarşısında gedәn yarışmada kimi istәyirlәr, birinci seçirlәr. Әvvәl
mәn dә elә düşünürdüm. Amma cavab çox sadә imiş: yarışda lazımından
artıq kadrlar çәkilir. Vә tәbii ki, hәr cütlüyün birinci vә ya
ikinci olduğu oyunlar olur. Sonda birinci yerә çıxarmaq istәdiklәri
komandanın qalib gәldiyi oyunları seçirlәr vә adını da qoyurlar ki,
o biri oyunları TRT rәhbәrliyi qәbul etmәdi. Bundan başqa, qalib
elәmәk istәdiklәri komandanın oyunlarını izlәyirlәr vә onların
hansı sahәdә güclü olduqlarını müәyyәnlәşdirib daha çox o tip
oyunlar hazırlayırlar vә s. Elә bilirәm, bu iki fakt vә ya variant
səbəb kimi yetәrlidir.
– Türkiyədə hansısa sənət, ədəbiyyat adamları ilə
görüşmək fürsətiniz oldu?
– Çox istәrdim. Amma 20 gün kimsәsiz adada qaldıq. Әn böyük
naşılıq onda idi ki, layihәnin ana xәtti, verәcәyi mesaj
dәqiqlәşdirilmәmişdi. O üzdən 20 gün әrzindә 3 rejissor (komandası
ilә) dәyişәsi oldu... 5 türk dövlәtinin tәmsilçisini bir yerә
toplayıb yalnız idman vә digәr yarışlarla türk xalqlarının
mәdәniyyәtini nә dәrәcәdә nümayiş etdirmәk mümkündür? Üstәgәl
onları bir-birinә "qırdırmaq" cәhdi. Mәğlub cütlüklәr digәrlәrini
pislәmәli, mәnfi cәhәtlәrini demәli idilәr... Amma bizim (yәni
iştirakçıların) (tәvazökarlıqdan uzaq olsa da, başda mәn olmaqla)
tәkidimizlә bu cür neqativ hallar baş vermәdi. Hәtta layihәnin
başlanğıcında, məncə, "Posta" qәzetindә yazmışdılar ki, beynәlxalq
qalmaqala sәbәb ola bilәn layihә.
Hər hansı bir ehtiyatsız hәrәkәt...
– Sizin komanda əvvəl də Türkiyəyə qastrol səfərinə
gedib. Bu dəfə ancaq yarış üçün getmişdiniz, yoxsa hansısa tamaşanı
səhnələşdirmək imkanınız oldu?
– Bu yarışmada başqa heç nә ilә mәşğul olmaq
imkanı yox idi... Kimsәsiz bir adada 20 gün ilanlarla vә әqrәblәrlә
yoldaşlıqdan savayı.
– Şou-biznes nümayəndələri deyir ki, Türkiyə
şou-biznesinə qatılmaq çətin məsələdir, bəs Türkiyə ədəbi və kino
mühitinə necə?
– Rejissor kimi bir tamaşa hazırlamışam orada. Amma aktyor vә
ssenarist kimi hәlә yox... Çünki burada yetәrincә işlәrim var deyә,
heç cәhd elәmәyә vaxtım olmayıb. Gözlә görünәnlər mәnim
elәdiklәrimin çox az hissәsidir. İnşallah, vaxt gәlәr әtraflı
danışaram, ölkәdә müәlliflәrinin kimliyini bilmәdiyiniz hansı
işlәrin müәllifi mәn olduğumu deyərəm.
Azәrbaycanı "Türk adası" yarışmasında tәmsil etmәyim isə şans
işi idi. Mәncә, heç bir azәrbaycanlı o verilişә baxanda mәnә görә
xәcalәt çәkmәyәcәk. Demәk istәdiyim odur ki, Azәrbaycanı layiqincә
tәmsil edә bilmişәm – çox sürüşkәn bir müstәviyә bәnzәr layihә
olmasına baxmayaraq. Hər hansı bir ehtiyatsız hәrәkәt vә bircә
kәlmә söz mәnfi nәticәlәrә sәbәb ola bilәrdi. Axı orada 5 müxtәlif
ölkәnin nümayәndәlәri vә ortada şirniklәndirici bir "hәdiyyә" olan
avtomobil vardı...
İctimai TV-yә müraciәt edəcəyəm
– Azərbaycanda belə bir layihə təşkil etmək olar? Şəxsən
siz təşəbbüs göstərə bilərsiniz? İştirakçılar da elə yaradıcı
adamlar olsunlar. Ola bilərmi?
– Fikrim var. Bununla bağlı İctimai TV-yә müraciәt edəcəyəm...
Bir az fәrqli olacaq – həm yaradıcı adamlar, həm də adi adamlar
iştirak edə biləcək. Layihә hələ ordaykən hazır idi beynimdә.
– Bəs teatrda və bədii yaradıcılıqda vəziyyət nə
yerdədir? Azdramada olan söz-söhbətlərin dalğası sizin teatra gəlib
çatırmı?
– Biz uşaqları maariflәndirmәklә mәşğuluq. O cür şeylәr
bekarçılıqdan ola bilәr. Bizim başımızı qaşımağa belә vaxtımız
yoxdur. Bir dә ki iş prinsipimiz hәr bir işçinin tәklifini nәzәrә
almaqla işi qurmaqdırsa, qalmaqal nәdәn olmalıdır? Teatra işlәmәyә
yığışırıq, yoxsa didişmәyә?!