Yuxarı

Firəngiz Mütəllimova İsrafilova üsyan etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Firəngiz Mütəllimova İsrafilova üsyan etdi

Beş il susdum, danışmadım. Amma iş o yerə gəlib çatdı ki, ölkə başçısına müraciət etdik. Nə özümə, nə də kiməsə qalmaqalla gündəmə gəlməyi arzulayıram.

Axar.az xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova deyib.

Xalq artisti APA-ya geniş müsahibəsində Azdrama-da Ramiz Məlik və Ramiz Novruzovun davasına toxunub: "Teatra gedəndə eşitdim ki, iki aktyorumuz dava edib, onları polis bölməsinə aparıblar. Bunu eşidəndə özümə gələ bilmədim.

Üstəlik, gördüm ki, başqa teatrların aktyorları bizim teatrın foyesində özlərindən razı gəzirlər, biz qalmışıq qıraqda. Getdim bizim uşaqlar yığışan yerə, dedim, birləşmək vaxtıdır".

F.Mütəllimova qeyd edib ki, iki teatrı bir-biri ilə üz-üzə qoyurlar: "Aktyorun adı direktordan da şərəflidir. Teatra aktyora görə gəlirlər. Aktyoru sevmək, ona qayğı göstərmək lazımdır.

Biz elə bir məvaciblə məzuniyyətə çıxmışıq ki, onunla Azərbaycanın bir rayonuna gedə bilmərəm. Halbuki, həkimə getməliyəm, hələ qalmışam belə..."

Onun sözlərinə görə, az məvaciblə məzuniyyətə çıxmağın günahkarı teatrın direktoru İsrafil İsrafilovdur: "Onda direktor təyin ediləndə deməzdi ki, sizin maaşınızı artırıb 2000 manat edəcəyəm.

İndi deyir, işıq pulu verməyə imkan yoxdur. Onda soruşuram: pul yoxdursa, bir belə adamı teatra niyə gətirmisən? Qoy öz kollektivimiz işləsin, ən çox əziyyət çəkən adamlara üç adamın maaşını ver.

Başqa teatrlar aktyorları necə yaşadırlarsa, sən də bizi elə yaşat. Heç olmasa, o biri direktorların vaxtında Ramazan bayramında, 8 Martda əlavə əlli manat alırdıq. Mən İsrafil müəllimlə düşmən deyiləm. Ondan deyə-gülə ayrılmışam. Amma belə məsələlərdə kollektivin yanında olacağam".

Aktrisa hesab edir ki, o qədər pullar xərclənir, bizə çatanda pul olmur: "Cənab prezident sağ olsun ki, bizə mükafat verir. Başqa direktor olsaydı, mənim kimi xəstə adamı çoxdan təqaüdə keçirtdirərdi. Amma o istəyir, özü təqaüd alsın. Bizə heç nə etmir. Aldığım aylıq, 500 manat mükafat ancaq dərman pullarıma çatır.

Deyirlər, niyə seriala çəkilirsən? Yaxşı, seriala çəkilməyib necə yaşayım? Serialdakı uşaqların mənə etdiyi hörməti İsrafil İsrafilov etmir. Son vaxtlarda teatr bazara çevrildi. Kim istəyirsə, gəlib tamaşa hazırlayır. Tanımadığım rejissorlar, uşaq-muşaq tamaşa qoyur".

Tarix
2015.09.07 / 17:52
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla