Yuxarı

Millət vəkili və başçı bu təqdimata qatıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə müəllifi olduqları ”XXI əsrin Qarabağnaməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, təqdimatda Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak edib.

”XXI əsrin Qarabağnaməsi” adlı kitabda otuz ildən artıq müddətdə davam etmiş Qarabağ münaqişəsi, yaddaşlardan tarixə köçən gerçəkliklər, ictimai-siyasi və tarixi hadisələr, torpaqlarımızı azad etmək üçün həyata keçirdiyimiz qısamüddətli labüd hərbi əməliyyatlar: Aprel və Tovuz döyüşlərinin əfsanəvi qəhrəmanları, Vətən müharibəsinin başlanma səbəbləri, gedişatı və nəticəsi, xalq və milli birliyimiz, müzəffər ordumuzun qələbəsi, qəhrəman şəhidlərimiz haqqında qiymətli yazılar, fikir və düşüncələr qələmə alınıb, şeirlər, faktlar və materiallar toplanıb.

Millət vəkili Sabir Rüstəmxanlı öz çıxışında adı çəkilən əsərin meydana gəlməsində iki dəyərli ziyalının güc birliyindən danışıb, onların düşüncə və fikirlərinin, zəhmət və əməyinin nəticəsində yaranan ”XXI əsrin Qarabağnaməsi” kitabına görə müəllifləri və rayon ictimaiyyətini təbrik edib. Sabir Rüstəmxanlı bildirib ki, özü də bu mövzuda kitab yazmaq arzusunda olub, lakin buna zamanı olmayacağını nəzərə aldığından çap əsərinin ərsəyə gəlməsinə xeyir-duasını verib, öz kömək və dəstəyini əsirgəməyib. Millət vəkili həm də vətənpərvər və vətəndaşlıq mövzusuna da toxunub, hər bir vətəndaşın vətənini və torpağını qarşılıqsız sevməyini vurğulayıb.
Çıxışın sonunda Sabir Rüstəmxanlı bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini, şəhid analarının əllərindən öpdüyünü və hərb meydanında hünər göstərmiş qazilərimizə isə öz hörmət və ehtiramlarını bildirib.
Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun qəhrəman övladlarından və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməyə xidmət edən ”XXI əsrin Qarabağnaməsi” kitabının əhəmiyyətindən danışıb, sonda müəlliflərə gələcək yaradıcılıqlarında uğurlar arzu edib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, kitabın həmmüəlliflərinə, tədbirin təkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürlərini bildiriblər.

Tarix
2022.07.04 / 22:04
Müəllif
Kult.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla