Yuxarı

Vahabzadə ilə bağlı 25 illik sirr üzə çıxdı - Şok

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahabzadə ilə bağlı 25 illik sirr üzə çıxdı - Şok

Ötən gün mərhum xalq şairi Bəxtiyar Vahabzadənin generalın üzünə tüpürməsi ilə bağlı yayımladığımız xəbərdə, əslində, həmin generalın Dubinyak yox, Ovçinnikov olduğunu bildirmişdik. Bu hərəkətinə görə generalın hansı səbəbə görə xalq şairini güllələtdirməməsi çoxlarına sirr olaraq qalır.

Axar.az xəbər verir ki, həmin tarixi gündən məlumat verən yazıçı Firuz Mustafa bu məsələyə də aydınlıq gətirib. O, şəxsi Feysbuk hesabında yazdığı statusla Ovçinnikovun sözlərini diqqətə çatdırıb:

"Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı "özünün" AzTV-dəki "kabineti"nə yığdı. O, artıq B. Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi: "Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, "aksakkaldır", hörmət sahibidir. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim, sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. Yəqin ki, bilirsiniz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani..."

Tarix
2015.09.29 / 15:56
Müəllif
Nigar An
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla