Yuxarı

Azdramada Həkim Eldostu yad ediləcək - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azdramada Həkim Eldostu yad ediləcək - Foto

Noyabrın 4-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları sənətkarın həyat və yaradıcılığından danışacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına veriləcək. Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, xalq artisti Məmmədrza Şeyxzamanov "Bəxtiyar" filmində Rəcəbov, "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm, "Əhməd haradadır" filmində Şirin kişi, "Tütək səsi" filmində İsfəndiyar kişi kimi rolları canlandırıb.

Tarix
2015.10.29 / 01:28
Müəllif
Nigar An
Digər xəbərlər

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla