Yuxarı

“Cəbiş müəllim”in məhəlləsindən - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Cəbiş müəllim”in məhəlləsindən - Fotolar

Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan "Bizim Cəbiş müəllim", "Onun bəlalı sevgisi", "Gecə qatarında qətl" kimi filmlərin çəkildiyi məhəllədə (Əhməd Cavad küçəsində) bu gün çəkilişlərin canlı şahidi olan cəmi bir nəfər qalıb.

Həmin günlərin şahidi Eldar müəllim filmin çəkiliş prosesi ilə bağlı xatirələrini Axar.az-la bölüşüb:

"O vaxt uşaq idim, 6-7 yaşım olardı. Film yay aylarında çəkilirdi. Ailəm rayona getmişdi, mən isə bəzi səbəblərdən Bakıda qalası olmuşdum. Düz iki ay çəkiliş oldu. Həmin yay olan istini mən bu yaşıma qədər hələ də görməmişəm. İsti olmasına baxmayaraq, hər gün səhərdən axşama kimi çəkiliş olurdu. O zaman biz Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Nəsibə Zeynalova, Əliağa Ağayev kimi nəhəng sənətkarlarla hər gün ünsiyyətdə olurduq.

Çəkilişlər zamanı kütləvi səhnələrdə elə məhəllənin yerli sakinlərini çəkirdilər. Burada yalnız "Bizim Cəbiş müəllim" deyil, "Gecə qatarında qətl" və "Onun bəlalı sevgisi" filmləri də çəkilib. İndi də tez-tez çəkiliş üçün bu məhəlləyə müraciət edirlər. Buranın köhnə sakinləri rus və ermənilər olduğu üçün hamısı 80-ci illərin sonunda Bakını tərk ediblər. Bu yaxınlarda bir italyan rejissor bu məhəllədən keçərkən təsadüfən buranı görüb və çox bəyənib. Dediyinə görə, gəlib burada bir film çəkəcək".

Xatırladaq ki, "Bizim Cəbiş müəllim" filmi 1969-cu ildə lentə alınıb.

Tarix
2015.11.06 / 09:35
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla