Yuxarı

“Hələ çox irəli gedəcəyik...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hələ çox irəli gedəcəyik...”

Yazıçı Yunus Oğuzun bu günlərdə Tatarıstanın paytaxtı Kazan şəhərində "Şah arvadı və cadugər", eləcə də daha dörd kitabının təqdimatı oldu. Yazıçının yaradıcılığında bu və digər uğurlu məqamları nəzərə alıb ondan Axar.az üçün müsahibə götürmək qərarına gəldim. Vədələşib görüşdük.

Kazan ziyalısı Azərbaycana məbədgah kimi baxır

- Yunus bəy, öncə bunu soruşum: son 10 ilin aktiv romançılığı sizi yormayıb ki?

- Vaxt məni sıxanda yoxa çıxıram, yəni çalışıram, zamandan kənarda olum. O zaman cismim burada olur, ruhum başqa yerdə. İnsan bir işdən həzz və enerji alanda yorulmur, əksinə, bəzən bu xoşbəxtlik də gətirir.

- Bu yaxınlarda Kazan şəhərində "Şahın xanımı və cadugər" əsərinizin təqdimatı oldu, təbrik edirəm. İzlədim görüşlərinizi. Özünüz bu haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, müşahidələriniz nə dedi sizə?

- Müşahidələrim onu göstərdi ki, Kazan ziyalısı Azərbaycana məbədgah kimi baxır. Azərbaycan onlar üçün çox əzizdir. Gözləntiləri də çoxdur. Çox güman ki, genetik qan yaddaşından irəli gələn bir doğmalıqdır bu.

Çox ağır və çox doğmadır...

- Yunus bəy, sizə daha çox ağır gələn, çətin işlənən, yazılan hansı əsər oldu?

- Hamısı çox ağırdır. Bəlkə də deyərdim ki, hamısı çox doğmadır. Elə bil, hər kitabın özü bir obrazdır. Hər kitabı yazanda, keçmişlə bu günü tutuşduranda, müqayisə edəndə, dövrlərin oxşarlığını dərk edəndə bu ağırlığın üzərinə bir ağrı da gəlir. Psixoloji mənada dəyişiklik az hiss olunur. Görünür, sosial-etno psixoloji məziyyətimiz dəyişməyib.

- Bəs bu gün Azərbaycan ədəbiyyatında elə bir əsər varmı ki, əcnəbi oxucuların qapısını onunla döymək mümkün olsun?

- Ad çəkməyəcəyəm. Sözsüz ki var. Xristian olsaydıq, indi dünyada yalnız bizim kitablar əl-əl gəzərdi. Müsəlman özü ilə vuruşur, xristian isə kitab oxuyub, kəşflər edir.

Nadir şahı reabilitasiya etdik

- Azərbaycan oxucusu sizi necə tanıyır? Kitablarınız oxucu ünvanına çatıbmı, onlardan hansı reaksiyaları görmüsünüz?

- Reaksiyalar çoxdur. Qoy, buna oxucu cavab versin. Təkcə onu deyim ki, "Nadir şah" romanından sonra müsbətə doğru onun haqqında nə qədər elmi əsər yazıldı. Elə bil, onu reabilitasiya etdik...

- Yenə də vaxt söhbətinə qayıdaq. Böyük bir agentliyin və gündəlik qəzetin rəhbərisiniz. Bir tərəfdən də sanballı, irihəcmli romanlar... Vaxt azlığı sizi narahat etmir ki?

- Yorulanda yazmayacam, amma perspektivdə o qədər yazılası əsər var ki... Hərdən fikirləşirəm, görəsən, bunları gerçəkləşdirməyə ömrüm çatacaqmı?

- Bəs bu gün yazılacaq hansı əsərin havası sizi vurur?

- 4-5 tarixi roman yazmaq fikrim var. Onlardan ikisini yazmağa tam hazıram. İnşallah, "Azərbaycanın geosiyasəti" kitabını bitirmək üzrəyəm. Ondan sonra yenidən tarixi romanlara dönəcəyəm. "Yorulmursan", - deyə soruşmuşdunuz, deyim, insan bir işdən həzz və enerji alanda o işdən yorulmur.

- Bəs müsahibələr üçün ayrılan vaxt hansı işinizin ləngiməsinə səbəb olur?

- Yazmağıma, düşünməyimə, mütaliə etməyimə, xəbər toplamağıma və s...

- Vaxtınız bol olsun.

- Sizin də...

Tarix
2015.11.11 / 08:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla