Yuxarı

Nikulin: “Ən gözəlini Nazim deyib” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikulin: “Ən gözəlini Nazim deyib” – Video

Xoşbəxtlik mövzusunda Nazim Hikmətlə həmfikirəm. Bu barədə ən gözəlini elə Nazim Hikmət deyib: "Xoşbəxtlik səhərlər işə sevinclə getmək və eyni qaydada evə qayıtmaqdır".

Bu sözləri mərhum rus aktyoru Yuri Nikulin 1977-ci ildə verdiyi müsahibəsində deyib. O öz həyat fəlsəfəsindən danışarkən bir neçə maraqlı məqama da toxunub.

Axar.az həmin müsahibəni təqdim edir:

- Ən çox nə istəyirsiniz?

- Dürüstlük, mərhəmət.

- Nəyi sevmirsiniz?

- Xırdaçılıq, yalan və alçaqlıq bağışlaya bilməyəcəyim şeylərdir.

- Bağışlaya bilməmək demişkən, hansı hallarda heç bağışlaya bilmirsiniz?

- Bu, hər kəsə bəlli məsələdir. Düşünürəm ki, insan övladı istənilən halda hər şeyi bağışlaya bilər. Mənə gəlincə, bağışlaya bilməyəcəyim yeganə şey - xəyanətdir.

- Sizcə, hansı daha vacibdir - qadın, yoxsa kişi?

- Düşünürəm ki, onların hər ikisi vacibdir. Birinin yoxluğu əskikliyə səbəb olur.

- Sizə görə xoşbəxtlik nədir?

- Xoşbəxtlik mövzusunda Nazim Hikmətlə həmfikirəm. Bu barədə ən gözəlini elə Nazim Hikmət deyib. Xoşbəxtlik səhərlər işə sevinclə getmək və eyni qaydada evə qayıtmaqdır. Düşünürəm ki, bu doğrudan da belədir.

- Son sualım belə olacaq: Siz özünüz xoşbəxt olmağı bacardınızmı?

- Bəli, həm də dəfələrlə. Düşünürəm ki, xoşbəxt olmağı bacarmışam, çünki mən xoşbəxt olmağım üçün heç vaxt böyük şeylər ehtiyac duymamışam.

Xatırladaq ki, Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra 75 yaşında vəfat edib.

Tarix
2016.01.08 / 08:15
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla