Yuxarı

Qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən təxminən 5-6 kilometr şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.

Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığını müəyyən edib.

Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlarından inşa olunmuş tikinti qalıqlarının üstü açılıb. Qazıntı nəticəsində ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək dağlıq relyefini nəzərə alaraq, qanunsuz qazıntı işlərinin uzun müddət aparıldığını güman etmək olar.

Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.

Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcək.

Tarix
2023.11.21 / 14:16
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla