Yuxarı

Kamal Abdulla haqqında bilmədiyiniz 10 fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla haqqında bilmədiyiniz 10 fakt

Bu gün xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 73 yaşı tamam olur.

Kult.az xalq yazıçısı ilə bağlı onlarla maraqlı faktdan 10-nu təqdim edir:

1. Kamal Abdulla müstəqil Azərbaycan tarixində ilk şəxsdir ki, həm AMEA-nın həqiqi üzvü, həm də xalq yazıçısıdır.

2. Kamal Abdulla görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundovun qayınıdır.

3. Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib...” hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb.

4. Kamal Abdulla həm də şairdir. Onun “Nar çiçəkləri” adlı şeir kitabı çap olunub.

5. Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Kamal Abdullanın həyat yoldaşı olub.

6. Kamal Abdulla Azərbaycanda ilk Tərcümə ensiklopediyasının hazırlayanı və redaktoru olub.

7. Kamal Abdulla 80-ci illərdə Azərbaycan Televiziyasında yayımlanan “Qoşma” verilişinin aparıcısı olub.

8. Kamal Abdulla həm də 1987-1989-cu illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş, akademik Yəhya Məmmədovun qayınıdır.

9. Kamal Abdulla 1988–1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri olub. O, bu Fond vasitəsilə valideynlərini itirmiş fəal tələbələrə təqaüdlər verib.

10. Kamal Abdulla 32 yaşında filologiya elmləri doktoru elmi dərəcəsini alıb.

Tarix
2023.12.04 / 22:09
Müəllif
Kult.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla