Yuxarı

Mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirildi

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabe müəssisələr üzrə ictimai dinləmə keçirib.

Kult.az xəbər verir ki, Baş İdarənin tabeliyindəki müəssisələrin 300-dən çox nümayəndəsinin, İctimai Şura ekspertlərinin, fəxri qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı giriş nitqi ilə çıxış edərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışıb.

İctimai dinləmədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev hesabat məruzəsi ilə çıxış edərək görülən işlər barədə geniş məlumat verib.

Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, əməkdar rəssam Ülviyyə Həmzəyeva, İctimai Şuranın sədr müavini Vüqar Qədirov öz çıxışlarında mədəniyyəti fundamental kateqoriya olaraq şərh edib, ictima dinləmənin, dövlət-vətəndaş cəmiyyəti institutları əməkdaşlığının önəminə vurğu ediblər.

Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova, “Cəngi” Estrada Folklor Ansamblının bədii rəhbəri, xalq artisti Mircavad Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ziyavər Əhmədova, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vəfa Quliyeva, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Yeganə Məmmədova, “Bakı” Rəsm Qalareyasının direktoru Eldəniz Babayev, “HüsnArt” Sənət Mərkəzinin rəhbəri, xalq rəssamı Arif Hüseynov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi Nihad Allahyarlı, İctimai Şuranın üzvləri - Samirə Mustafayeva, Ülviyyə Bəbirova, Adilə Nəzər, Xanoğlan Əhmədov və b. çıxışlarında həllivacib problemlərə toxunaraq, ictimai dinləmə ilə bağlı öz təəssüratlarını bölüşüblər və mədəniyyətimizin inkişafı istiqamətində görülməli işlərdən danışıblar.

Hesabat yığıncağında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb.

Tarix
2024.03.02 / 14:56
Müəllif
Kult.az
Digər xəbərlər

Ağ Ev İlham Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

Prezident mühafizəçiləri onları niyə və necə döydü? - Video

Prezident Sülh Şurasının ilk iclasında... - Video

Əliyev Trampın təklifini buna görə qəbul etdi - Rusiyadan baxış

MM bu konvensiyanı ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla