Yuxarı

Yeni müsabiqə elan edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni müsabiqə elan edildi

“Qanun” nəşrlər evi nağıl müsabiqəsi elan edib.

Kult.az xəbər verir ki, müsabiqəyə Azərbaycan dilində, bu vaxta qədər heç yerdə çap olunmayan və 7 min işarədən (arasız) artıq olmamaq şərti ilə nağıllar qəbul edilir.

Mövzu ilə bağlı tələblər:

Nağılların məzmunu uşaqları maraqlandıran məsələlərə, onların dünyagörüşünə, tərbiyəsinə, həyat tərzinə, keçdikləri dərslərinin mövzularına uyğun gəlməli, onlarda yaxşı və pis vərdişlər arasında doğru seçim etmək imkanı yaratmalı, cəsurluq, elmə maraq, dostlluq münasibətləri, vətənpərvərlik, məntiqlə davranmaq kimi hisslər aşılamalıdır. Mətnlər mütləq nağıl janrına uyğun gəlməli, xalq yaradıcılığında olduğu kimi özündə sərbəst fantaziyanı əks etdirməlidir.

Qeyd edək ki, müsabiqədə qalib gələn nağıllar aşağıdakı şəkildə mükafatlandırılacaq:

Birinci yer 300 manat + 200 manatlıq kitab kuponu;

İkinci yer 200 manat + 100 manatlıq kitab kuponu;

Üçüncü yer 100 manat + 50 manatlıq kitab kuponu.

Hərəsi 50 manatlıq kitab kuponu olmaqla 5 həvəsləndirici mükafat.
Müsabiqəyə mətnlər 15 aprel 2024-cü ildən 15 iyul 2024-cü ilə qədər qəbul edilir. Mətnlər “Times New Roman 12” şrifti ilə yazılıb nəşriyyatın aşağıdakı elektron ünvanına göndərilməlidir: [email protected]

Nəşriyyatla əlaqə: 012 431 16 62
055 444 04 40 (layihə əlaqələndiricisi)

Tarix
2024.04.05 / 16:29
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla