Yuxarı

“Soyadım Ələkbərzadədir...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Soyadım Ələkbərzadədir...”

Axar.az Emma Ələkbərzadə ilə müsahibəni təqdim edir:

– Uzun müddətdir ki, musiqidən uzaq düşmüsünüz…

– Əslində, musiqidən uzaq düşməmişəm. Yenidən efirə çıxmağa başlamışam. Belə bir məqam var: əgər efirdə 2 həftədən çox görünmürsənsə, sənətdən uzaqlaşdığını düşünürlər.

– Əlbəttə, siz az-az görünməyinizə baxmayaraq, unudulmayan ifaçılardansınız…

– Elə dünya ulduzları var ki, məsələn, Şade 5 ildən bir efirə çıxır, amma Şade olaraq da qalır. Təbii, özünüz bilirsiniz ki, dünyaya daha bir balamı gətirdim. Hamiləlik dövrü təbii ki, mən efirdən uzaq idim.

– Övladınız doğulduqdan sonra fəaliyyətinizi bərpa etdiniz?

– Öncə təbii ki, özümü formaya salırdım. Amma bu yaxınlarda yenidən efirə çıxmağa başladım. İlk canlı ifam Bakı Caz klubunda oldu. Bundan başqa, ATV-nin "10lar" verilişindən gəldilər, çox möhtəşəm bir süjet çəkdilər. Məni hər zaman sevir, hörmətimi saxlayırlar.

Buna görə hər kəsə minnətdaram. Hamısı qarşılıqlıdır.

– Yaradıcılığınızda hansı yeniliklər gözlənilir?

– Yeni mahnılar. Konsert və klip söz vermirəm, amma yeni mahnılarım olacaq. Caz klubda mini çıxışlarım nəzərdə tutulub, amma mən onu konsert adlandırmaram.

– Niyə konsert haqda düşünmürsünüz?

– İndi ən böyük səhnəm ailəm, oğlum, həyat yoldaşım, bacım və qardaşımdır. Ən böyük konsertim Daviddir.

– Unudulmaqdan qorxmursunuz?

– Bəzi məşhur dostlarım deyir ki, Emma, sən efirdə az-az görünürsən, amma sənin yerini heç kim tuta bilmir. Yəqin ki, bu mənim peşəkarlığımdan irəli gəlir. Mənim soyadım Ələkbərzadədir – Ələkbərzadə unudulmur, nə babam, nə atam, nə bacım, nə də mən. Mən sənətə gələndən hər gün efirdə olmağı xoşlamamışam. Bu mənə əsla lazım deyil.

Tarix
2016.04.27 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla