Ana səhifə Maqazin |
14:55
Gənc müğənni Ayla Şiriyeva (Aila Rai) avtomobil qəzası keçirib.
Kult.az Oxu.az-a istinadla xəbər veir ki, müğənni Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğrayıb.
Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilən ifaçı bu gün "Baku City Hospital" köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
***
Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib.
Bu fikirləri gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.
O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:
"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".
Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.
Tarix
2025.01.31 / 16:35
|
Müəllif
Kult.az
|