Yuxarı

Putin Trampa daha bir hədiyyə göndərməyə hazırlaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 3 ildir həbsdə saxladığı ABŞ səfirliyinin əməkdaşı Mark Fogeli niyə azad edib? Görünür, Putin bu yolla amerikalı həmkarı Donald Trampla dialoq körpüləri qurmaq istəyir. Halbuki Putin Co Baydenin “vətəndaşımızı azad edin” xahişlərini qulaqardına vururdu. Təsadüfi deyil ki, Ağ Evin hazırki sahibi Putinin ABŞ vətəndaşını azad etmək qərarını yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Yayılan xəbərlərə görə, Putin Rusiya həbsxanasında olan daha bir ABŞ vətəndaşını azad etməyə hazırlaşır. Putinin ABŞ vətəndaşlarını azad etməsi Trampın ölkə içində və xaricində mövqelərini gücləndirəcək. Trampın hədələrinin işlədiyi görüntüsü yaranıb. Bundan sonra Trampda Putini Ukraynada atəşkəsə razı salmaq inamı da güclənəcək”, - o bildirib.

Tarix
2025.02.12 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Makron iki türk ölkəsi ilə sövdələşdi – Nə baş verir?

Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla