Yuxarı

"Akkord"un məşhur ismi prokurorluğa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev tanışını aldadaraq 10 milyon dollarını (17 milyon manat) ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, təqsirləndirilən İ.Hacıyev barəsində Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş təqdim olunub.

Bildirişdə qeyd edilib ki, cinayət prosesini həyata keçirən orqan Azərbaycan Baş Prokurorluğunun İstintaq Baş İdarəsidir.

Çağırış vərəqəsi verilməli olan şəxs isə 1973-cü il iyulun 3-də anadan olmuş İlqar Allaz oğlu Hacıyevdir.

Ona izah olunur ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 14 iyul 2025-ci ildə, 12.00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğunun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

İttihamın mahiyyətinə gəlincə, 191900199 saylı cinayət işi üzrə İlqar Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci ilin dekabrın 25-də qərar qəbul edilib. Həmin qərara əsasən, "Akkord"un keçmiş sahibi şəxsiyyəti istintaqa məlum olan tanışının etibarından sui-istifadə edərək, onu aldadıb.

İlqar Hacıyev Rusiyanın Moskva vilayətinin Mıtişinski rayonunun Prokovka kəndində və Adinskov rayonunun Novişarvin kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib, həmin layihələrin icrası ilə bağlı 10 milyon ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18 milyon ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə tanışını aldadıb.

2016-cı ilin fevral ayından həmin ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısında həmin dövrün rəsmi məzənnəsinə əsasən 17 milyon manat təşkil edən 10 milyon ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlaklarını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Hacıyev istintaqdan qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25 dekabr 2020-ci il tarixli qərarla barəsində rəsmi axtarış elan edilib, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlqar Hacıyevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsi ilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.

"Akkord"un keçmiş sahibinə qiyabi icraatın açıla biləcəyi və ya qiyabi hökmün, məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq da edilib.

Tarix
2025.03.16 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər - Aqabekyan

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla