Yuxarı

Cəmilə: “Pozalar verməyi çox sevirdim...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmilə: “Pozalar verməyi çox sevirdim...”

Axar.az aktrisa Cəmilə Tağızadə ilə müsahibəni təqdim edir.

- Nə vaxtdan İncəsənətə meyillənmisiz?

- Uşaqlıqdan sevdiyim aktrisaları heyranlıqla izləyirdim, hətta fotolar çəkdirməyi, müxtəlif pozalar verməyi çox sevirdim. Məktəbdə oxuyarkən qərara gəldim ki, İncəsənət Universitetində təhsil alım.

- İlk dəfə hansı filmdə rol almısınız?

- İlk dəfə İran istehsalı olan "Ana yurdum" filmində baş rolu canlandırmışam. Daha sonra "Həyat varsa", "Səndən sonra", "Göyçək Fatimə 1", "Göyçək Fatimə 2", "Taksi parkı", "İkinci Bahar", "Əli və Nino" ekran əsərlərində rol almışam. İndi isə "Dəfnə ağacı" serialında çəkilirəm.

- "Əli və Nino"dan danışardınız...

- Bu filmdə Ninonun rəfiqəsi obrazını canlandırmışam. Bu rol çox xoş bir xatirə oldu. Bu filmdə böyük aktyor və aktrisalardan dərslər öyrəndim. Çalışacağam ki, öyrəndiklərimi sənətimə tətbiq edim. Film çəkilən ərəfədə çoxları "kiçik roldur" ifadəsi işlətmişdi. Lakin kiçik rol olsa da, ən xoş təcrübə oldu mənim üçün. Belə dünyaca məşhur aktyorlarla çalışmaq, bu filmdə yer almaq mənə çox xoş hislər bəxş etdi.

- Cəmilə xanım, sizcə, aktrisa özünü necə reklam etməlidir?

- İncəsənət elə bir aləmdir ki, onsuz da tamaşaçılar bizi izləyir, onlar bizə dəyər verir. Reklama gəldikdə isə əsil reklam gördüyün işi ürəklə etmək və hər zaman öz üzərində çalışmaqdır. Təbii ki, hər iş olduğu kimi bu iş də zəhmət tələb edir. Əgər zəhmət çəkib, öz üzərində hər gün çalışırsansa, bu, aktrisa üçün ən böyük reklamdır.

- Gələk "Dəfnə ağacı"na... Hazırda xeyli tamaşaçısı olan bu serialdakı Dəfnə obrazı sizə yaxındır?

- Əslində, bir epizodu canlandırdıqda çalışmalısan ki, onu dərinliklərinə qədər izləyiciyə göstərəsən. Hətta elə bir hal olub ki, serialı izləyən tamaşaçılar məni "Dəfnə" deyə çağırır. Bu, xoş haldır. Deməli, mən rolumun öhdəsində çox yaxşı gəlirəm.

- Tamaşaçılara maraqlıdır: Tural, Dəfnə, Rəvan arasında nələr yaşanacaq?

- Qoy bu sirr qalsın. Tamaşaçılar serialın növbəti bölümlərini izləsinlər. Çox maraqlı hadisələr baş verəcək.

- Şəxsi həyatda nəsə yenilik gözlənilirmi?

- Şəxsi həyatımla bağlı xəbərlər yazılmasını xoşlamıram. Ona görə də bu, sirr qalsın. Təbii ki, xeyir iş olanda xəbəriniz olacaq.

Tarix
2016.05.24 / 21:12
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla