Ən səmimi oğru Sevinc El-Sevər - qayınanasından oğurluq
edib
Uşaq
vaxtı kim oğurluq etməyib ki?... Bəzən belə söz-söhbətin də şahidi
oluruq: "Bala, mən bunu biləndə sən qənddandan qənd oğurlayardın".
Hər kəsin qənddandan qənd oğurlayan vaxtları olub. Tanınmış qələm
adamlarına müraciət etdik. Soruşduq ki, görək onların oğurluqla
araları necədir, oğurluqda əlləri varmı? Yoxsa, onlardan nəsə
oğurlanıb? Bəs yalan necə, danışıblarmı?
Salam
Sarvan hələ də yalan danışır
- Oğurluq
eləməyim yadıma gəlmir. Bəlkə də uşaqlıqda olub, amma xatırlamıram.
Bir dəfə tələbə vaxtı avtobusdakı basabasda o zamanın puluynan 40
manatımı cibimdən çıxarıblar. Yalanı sevmirəm, amma yalan danışmağa
məcbur olduğum hallar olub və indi də olur.
Aydın Xan
Əbilov: "Başdan ayağa yalanlarla məşğulam..."
- Həyatımda yalnız bircə dəfə oğurluq etmişəm – onda da kitab
oğurlamışam. Tərslikdən o qədər naşı oğru idim ki, kitabxanaçılar
əməlimin üstünü açdılar və məni altı ay kənd kitabxanamızın üzünə
həsrət qoydular. Kitabsız isə mən ən azı susuz balıq kimiydim.
Yeniyetmə olsam da, bircə rayonumuzun birinci katibi qaldı ki,
kitabxanaçılarımıza mənə görə minnətçi düşməsin... Yalanı isə
əzəldən sevmirəm: həyatda və məişətdə yalan danışan deyiləm. Amma
ədəbiyyatdaki varam, başdan ayağa obrazlı, poetik-fəlsəfi
yalanlarla məşğulam...

Aqşin Yenisey: Müsəlman olasan, yalan
danışmayasan
- Kişi deyiləm, o qədər. Biz uşaq olanda evimizin hər tərəfi
dövlətin üzüm meşələri idi, Cəlilabadı buna görə Moldovayla
müqayisə edirdilər. Bütün günü üzüm oğurlayırdıq o bağlardan. Sonra
kitab oğurluğuna başladım, evimdə nə qədər oğurluq kitab var. Amma
indi məndən nəsə oğurlayanlara da pis baxmıram. Müsəlman olasan,
yalan danışmayasan, elə şey olar? İndi məndən biri kitablarımı
oğurlayır, biri pencəyimi oğurlayır, biri uşağımı oğurlayır, biri
qəlbimi oğurlayır, biri şerimi oğurlayır, biri...
Şair
Qəşəm Nəcəfzadə: "Allah haqqı..."
- Nə uşaq vaxtı, nə də indi oğurluq etmişəm. Yalan danışmağı
sevmirəm, bəzən danışılan yalan deyilən həqiqətdən daha xeyirli
olur.

Həyat Şəmi: "Sevgimi aparıblar"
- Oğurluq etməyim yadıma gəlmir. Ən zəhləm
gedən şey oğruluqdu bəlkə də. Yalan danışmışam, amma oğurluq heç
vaxt etməmişəm. Məndən isə oğurluq olub... sevgimi... illərimi
mutluluğumu aparıblar...
Sevinc
El-Sevər: "Çörək oğurlamışam"
"Kitab oğurlamışam, amma kitab mağazasından yox. Dostlarımdan.
Demişəm, bilsələr, qaytararam. Bilinən kimi qaytarıb vermişəm,
bilməyənə heç o kitab lazım deyil deyib, saxlamışam. Qayınanamdan
da kitab oğurlamışam, ədəbiyyat müəlliməsidi. Məndən də kitab
oğurlayıblar. Rasim Qaracanın kitabını oğurladılar bir dəfə.
Bilmədim kim apardı, çoxlu qonaqlar gəlib-gedirdi evə, hamısı da
yazıçılar. Orxan Pamukun "Mənim adım qırmızı" romanını
çırpışdırdılar. Sonra gedib təzəsini aldım.
Uşaq vaxtı qənddandan qənd yox, amma çörək qabından çörək
oğurlamışam. Qənd tapırdıq ki…
Anam deyirdi qənaət eləməliyik, çörəyin qıt vaxtları idi, gedib
gizlindən çörək götürürdüm, ürəyim əsirdi ki, qapağı
danqıldamasın... Bir də görürdün dəmir qazanın qapağı danqıldadı,
anam gəldi, nə gəldi. Ürəyim ağzıma gəlirdi qorxudan.
Qonşunun həyətindən iydə oğurlamışam. Nənəm qonşu arvadla
savaşmışdı. Arvad bizi daha həyətinə buraxmırdı. Mən də keçib
oğurladım, Ağaca sağ ol dedim. Sonra nənəmlə arvad barışdılar,
dedim, Şəfiqə xalaya ki, belə şey eləmişdim. Halallığını aldım.
Amma halal və haram söhbətinə əhəmiyyət verən adamam. Harama, haram
tikə yeyənlərə nifrət edirəm.
"Anamın kosmetikasını oğurlayıb sürməylə bığ çəkirdim güzgü
önündə", - bu mənim "Janna Darkı tanıyırdım" şeirimdən
misradı...
Qardaşımı da məcbur elədim ki, yalan
danışsın
Yalan, heç də... Onu hamı danışır. Bir dəfə amma yadımdan
çıxmaz. Dərsdən sonra icazəsiz kitab mağazasına getdim. Günorta
oxuyurduq, gecə tez düşürdü. Qardaşımı da aparmışdım özümlə. 3-cü
sinifdə oxuyurdum. Hər dəfə kitab mağazasnın yanından keçəndə
valideynlərimdən istəyirdim məni ora aparsınlar, kitab alsınlar.
Hər dəfə, sonra deyib məni başdan eləyirdilər. Məcbur olub gizlin
getdim... Başım elə qarışmışdı bir də gördüm axşam düşüb. Yolboyu
çoxlu yalanlar uydurdum evdəkilərə deməyə. Qardaşımı da məcbur
elədim ki, yalan danışsın. Belə yalanlar danışmışam hə… Amma məsum
yalanlardı onlar. Hərdən qızlarım da mənə yalan danışırlar...
Gülürəm, yadıma öz uşaqlığım düşür... Bilirəm ki, mənim də
yalanlarıma inanmırlarmış onsuz da. Necə ki, mən iannmıram indi
uşaqların yalanlarına. Onlara kənardan nəzarət edirəm, qoy elə
bilsinlər, doğrudan da məni aldadırlar. Məncə, bu daha yaxşıdı.
Qadağa varsa, yalan da olacaq.
Elçin Mirzəbəyli: "Ömrümü
oğurlayıblar"
- Qonşunun bağından meyvə oğurlamışam, bütün uşaqlar kimi.
Ömrümü oğurlayıblar. Kimi 3 il, kimi 5 il, kimi 10 il... Yalan
danışmamışam, amma bəzən həqiqəti tam çılpaqlığı ilə deyə
bilməmişəm.