"Hazırlıq kursu" layihəsində: II dərs
Həftəlik elektron qəzet "Vikers Vekli" uşaqlarda mütaliə
vərdişinin necə formalaşdırmağın yollarını öyrənmək məqsədilə
silsilə araşdırmalar aparıb. Məsələnin bizim cəmiyyətimiz üçün də
aktuallığını nəzərə alan Axar.az bu araşdırmaların nəticələrini
öxucuları ilə bölüşür.
Nəqletmə, "kitabla inprovizə edilmiş ünsiyyət" mərhələsi körpəni
müstəqil mütaliəyə hazırlayan ən mühüm pillədir. "Kitab yolu"nun
başlanğıcında uşaqlar üçün elə kitablar seçmək lazımdır ki
(DİQQƏT!) valideynin şifahi improvizasiyası üçün
etibarlı mənbə ola bilsin. Yəni elə kitablar tapmalıyıq ki,
böyüklər, ilk növbədə isə ana onun şəkillərinə baxıb müəyyən bir
əhvalatı nəql edə bilsin. Hətta kitabın özündə mətn olsa belə, bu,
ancaq şifahi söyləniləcək hekayətlərə istiqamət verə bilər.
Ancaq məxsusi bunun üçün, yəni nəql edən böyüklər üçün
hazırlanmış kitablar çox azdır. Naşirlər bu mərhələni, təəssüf ki,
nəzərdən qaçırırlar. Onlar ən çox "bir yaşından üç yaşınadək" olan
uşaqları düşünürlər. Bu isə ağla gələn ən mənasız ünvanlamadır. (O,
sanitar norma və qaydalardan əxz edilib, ancaq çətin ki, müxtəlif
sanitar normaları işləyib hazırlayan qabaqcıl səhiyyə
institutlarını uşzqların psixoloji özəllikləri sahəsində aparıcı
ekspert hesab etmək olar.) Bir yaşlı və üç yaşlı uşaqlar arasında
nitq inkişafının vahidləri ilə ölçülən uçurum var. Bu baxımdan üç
müxtəlif insan tipi mövcuddur: danışmayanlar, danışmağa başlayanlar
və yaxşı danışanlar. Danışmayanlara və ya yenicə danışmağa
başlayanlara daha çox söyləyirik, danışanlara isə artıq oxuyuruq.
Və yaşa görə münasib kitabların kriteriyaları da tamamilə
fərqlidir.
Nə qədər ki, körpə danışmağa başlamayıb, özünüzü çətinə salıb
onun anlaya biləcəyi mətni axtarmağa gərək yoxdur. Mətnin məna və
məzmun yükü nə qədər sadə, qısa və aydın olsa da fərq etməz, bu
mərhələdə oxumaq "havaya gedir". Təkrar edirəm: elə kitab axtarıb
tapmaq lazımdır ki, ona baxa-baxa (araşdıraraq) uşaqla ünsiyyət
qurmaq mümkün olsun. Bunun üçün ən yaxşı seçim oyuncaq kitablardır.
Onlar hər hansı bir fəaliyyət tələb edirlər: ipi çəkmək, düyməciyi
basmaq, qapağı çəkib açmaq, çarxı fırlatmaq, nəyisə sığallamaq. İlk
baxışda doğru yol təəssüratı oyadır: körpəyə onun üçün təbbi və
cəlbedici olan təqdim edilməlidir. Ancaq əgər ünsiyyət yalnız elə
bununla tamamlanarsa, onu "kitab bölməsinə" aid edə bilmərik. Çünki
bu fəaliyyət digər əşyalarla münasibətdən heç nə ilə fərqlənmir.
Əgər uşağın hər hansı bir "ikişaf etmiş" fəaliyyət göstərməsini
istəyiriksə, bunun üçün kitab olmasa da, xususi nəzərdə tutulmuş
oyuncaqların istifadəsi daha çox effekt verər.
Kitabla ünsiyyətdə hərəkət (açmaq-örtmək, çarxı fırlatmaq, əllə
toxunmaq, yoxlamaq və s.) yalnız və yalnız yardımçı olmalıdır: onun
funksiyası uşağın diqqətini şəkillərə yönəltmək, onun fikrini
toplamağa xidmət etməkdir. Belə bir fəaliyyət bizim nitqimizlə,
söylədiyimiz əhvalatlarla çox asanlıqla uyuşmalıdır. Əgər işlər bu
yöndə gedərsə, deməli, seçim düzgündür. Əgər oyuncaq elementi
kitabı üstələyərsə və məqsədimizə kömək etməkdənsə mane olarsa,
deməli, səhv yoldayıq. Bizim üçün ən başlıcası odur ki, uşaqda
baxmaq, gözdən keçirmək təcrübəsi formalaşmağa başlasın. Bəlkə
hətta heç düşünmürük ki, bu təcrübə nə qədər vacibdir və onun nə
qədər uşaqgörən nəticələri ola bilər. Axı "şəkillərə baxmaq" nə
deməkdir? Xüsusilə, ilkin dövrdə, yəni nitqin yeni formalaşmağa
başladığı vaxtlarda, körpə, sözün həqiqi mənasında "mədəniyyət
pilləsinə" qədəm qoyanda, iki ayaq üstə dayana biləndə dünyanı
əşyalarla dərk etmək yolunda ilk addımlarını atır. Şəkillərə baxmaq
– işarələri görmək deməkdir. Bax bunu böyüklər pişik adlandırır,
ancaq bu, "təbii" pişik, yəni bizim ona həyətdə göstərdiyimiz pişik
deyil. Bu, pişiyin şəkli və ya işarəsidir. İşarəsi isə
"konvensiyanın" – bir mədəniyyətin nümayəndələri arasındakı sazişin
nəticəsidir. Səslərlə də eynilə bu cürdür. Bunuçün də işarələr –
hərflər var.
Başqa sözlə desək, körpə ilə birlikdə şəkilləri gözdən keçirəndə
o, işarələri "oxumaqda" ilk təcrübə qazanır. Bu uşağın gələcəkdə
mütaliəyə yiyələnməsi yolunda özünəməxssus bir hazırlıqdır. Həm də
yalnız texniki mütaliəyə deyil... Heç təsadüfi deyil ki, biz
uşaqlara "çılpaq" işarələri deyil, şəkilləri göstəririk. Şəkillər –
bədii obrazlardır. Onlar sadəcə, hər hansı bir əşya bildirməklə
qalmayıb, həm də rəssamın emosional münasibətini də ifadə edir. Bu
münasibət yoluxucudur (incəsənətin təsiri də məhz bundan
ibarətdir). Biz "mənalı şəkil", "parlaq obraz" deyəndə obrazın öz
xüsusiyyətləri ilə bizim emosiyalarımıza etdiyi təsiri nəzərdə
tuturuq. Körpənin emosiyaları, bir tərəfdən, hələ çox sadədir və
"mənə yaxşıdır – mənə pisdir" düsturuna uyğun gəlir. O, hələ
inkişaf edəcək, mürəkkəbləşəcək, onları idarə etmək lazım gələcək.
Digər tərəfdən də uşaq – emosiyaalarla hərəkətə gələn varlıqdır.
Emosiya isə - "emal mərkəzinə" ən müxtəlif informasiyaları daşıyan
lokomotivdir. Körpəyə göstərdiyimiz şəkillər onda emosiya
doğurmalıdır, həm də müsbət emosiyalar, onun şüurlu fəaaliyyətini
stimulladıran emosiyalar... bu isə o deməkdir ki, şəkil obrazlar
uşağın təcrübəsinə uyğun olmalıdır, çünki ən başlıca emosional
"ötürücü" – tanımaqdır. Ancaq bu məqamda məsələ onda deyil ki, uşaq
şəkildə ancaq real həyatda gördüklərinin şəklinə baxmalıdır. O,
hələ çox şeyləri görməyib və ondan azının şəklini görüb. Məsələ bir
qədər fərqlidir.
Tanımaq hiss, duyğu, həyəcan təcrübəsinə əsaslanır. İlkin dövrdə
başlıca həyəcan isə hərəkət, fəaliyyətlə bağlıdır. Körpə uşaq –
"fəaliyyətdə olan subyektdir". Hərəkət – onun ən müxtəlif sahələrdə
(fiziki, əqli, emosional və s.) inkişafının göstəricisi və
mənbəyidir. Uşağın diqqətini də şəklə yönəldən məhz hərəkətdir.
Əslində, kitabda oyun elementlərinin tətbiqi də məhz buna
əsaslanır. Lakin bu, "zahiri" hərəkətdir. Bundan başqa şəklin
özündə də gizlənən hərəkət olmalıdır. Uşaq kitablarında təsvir
olunmuş personajlar mütləq hansısa bir hərəkət icra etməlidirlər.
Biz, tamaşaçılar isə onun hərəkətini və gördüyü işi asanlıqla
anlamalıyıq.
Əgər biz böyüklər bu hərəkəti sözlə ifadə edə biliriksə və bu
hərəkətlər kifayət qədərdirsə, deməli, kitab "əsl biz istəyəndir".
Başqa sözlə, nə qədər çox "fel görünərsə", o qədər yaxşıdır. Təbii
ki, şəkillər də gözəl çəkilməlidir.