Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Fevral 2019


Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya alimlərinin fikrincə, hətta yaxın geoloji standartlar dövründə belə Xəzər dənizi indikindən fərqli, daha dəqiq desək, bizim gördüyümüz Xəzərdən daha böyük olub.

Axar.az xəbər verir ki, bir sıra məlumatlarda Xəzər dənizinin səviyyəsinin minimuma qədər azalmasından sonra yenidən yüksəlməyə başladığı və bütöv şəhərləri sular altında qoyduğu göstərilib.

Okeanoloq B.A.Şlyamin bu barədə yazıb: “Milyon illərlə ölçülən olduqca uzun dövr ərzində Aralıq, Qara, Azov və Xəzər dənizləri dünya okeanı ilə əlaqəsi olan geniş bir dəniz hövzəsi təşkil edib. Bu hövzə dəfələrlə öz şəklini, sahəsini, dərinliyini dəyişib, ayrı-ayrı hissələrə bölünüb və yenidən bərpa olub”.

Belə çıxır ki, müasir Xəzərin ətrafındakı bir çox səhra və çöl qədim Xəzərin dibini təşkil edib.

Xəzərin şimal hissəsinin düzənlik ərazilərinə səfərlər etmiş rus alimi, akademik P.S.Pallas Xəzəryanı çöllərin hələ də sanki çox yaxın vaxtlarda suyun altından çıxmış kimi bir vəziyyəti qoruyub saxladığını yazıb.

Pallas həmçinin yüksək dəniz səviyyəsinin izlərini Xəzəryanı ovalıq ərazidə dənizin ortasındakı adalar kimi səpələnmiş kiçik təpələrdə də tapıb. O, bu təpələrin yamaclarında çıxıntılar və ya terraslar aşkar edib. Bu çıxıntıları yalnız davamlı şəkildə sahilə vuran dəniz dalğaları yarada bilərdi.

Alimlər Xəzərin sahillərində, xüsusən də şimalda (Manqışlaq və digər ərazilərdə) dənizin bugünkü səviyyəsindən 26, 16 və 11 metr yüksəklikdə üç sahilyanı terras aşkar edib. Onlar Xvalınsk dənizinin son mərhələsinə, yəni 10-20 min il əvvələ aiddir. Digər tərəfdən, mövcud səviyyədən 16-20 metr dərinlikdə sualtı terrasların olması haqqında da etibarlı məlumatlar vardır. Görünür ki, Xəzərdə suyun səviyyəsi 20 metrədək dalğalanma tendensiyasına malikdir.

Əgər hazırda Xəzərin suyunun minimum həddi müşahidə olunursa, bu halda suyun səviyyəsinin yüksəlməsini nə vaxt gözləməliyik?

Xəritələrə nəzər salsaq görərik ki, dəyişikliklər nəticəsində Manqışlaq yarımadası sular altından çıxıb və dəniz əyri forma alıb. Uzboyun qədim mənsəbini indi 50-100 metr dərinlikdə sular altında axtarmaq lazımdır. Terki və Səməndər isə sadəcə sular altında qalıb. Ən maraqlısı isə Kürün deltasıdır. Bura açıq şəkildə dənizdən yüksəlib və yeni, tamamilə yeni bir torpağa çevrilib.

XII əsrdə Xəzər dənizinin su səviyyəsinin yüksəlməsi ilə Muğan şəhəri sular altında qalıb. Şəhərdən keçən Kür isə bu zaman 20 kilometr aralıda yeni bir delta yaradıb. Bu vəziyyətdə Muğan sakinləri qədim şəhəri tərk etməyə və yeni bir şəhər inşa etməyə məcbur olublar.

Rus hidroloq, coğrafiya elmləri doktoru Vadim Mixayilovun fikrincə, Xəzər dənizinin ən xarakterik xüsusiyyətləri kəskin azalma və yüksəlişlə su səviyyəsindəki qeyri-sabitlikdir.

“Xəzər səviyyəsinin sonuncu dəfə yüksəlməsi bizim gözlərimiz qarşısında 1978-ci ildən 1995-ci ilə qədər baş verib. Dəniz səviyyəsinin yüksəlməsi gözlənilməz olmaqla bərabər, eyni zamanda, bir sıra mənfi fəsadlara da səbəb olub. Nəhayət təsərrüfat, infrastruktur və sahilyanı ərazilərin əhalisi artıq aşağı səviyyəyə uyğunlaşdırılıb. Geniş ərazilər, xüsusən Dağıstanın şimal hissəsi, Kalmıkiya və Həştərxan əyaləti sel və daşqın bölgəsində yer alıb. Səviyyənin artmasından Dərbənd, Kaspiysk, Mahaçqala, Sulak, Laqan şəhərləri və onlarla digər kiçik yaşayış bölgələri əziyyət çəkib. Kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsi sular altında qalıb. Yol və elektrik xətləri, sənaye müəssisələrinin mühəndis strukturları və kommunal xidmətlər dağılıb”, - alim qeyd edib.

Ekspertlərin fikrincə, XX əsrdə Xəzər dənizinin səviyyəsi 3.5 m səviyyəsində dəyişmiş, əvvəlcə azalmış, sonra kəskin yüksəlmişdir.

Xəzərin 10 il sonra özünü necə aparacağını proqnozlaşdırmağa heç kim cürət etmir. Lakin bu dənizin dəyişmək xüsusiyyətinə malik olması Xəzərsahili şəhərlərin riskdə olması ehtimalını saxlayır.

Artıq yapon alimləri dənizin su səviyyəsinin kəskin yüksəlməsi halında Xəzərin mümkün sərhədlərini proqnozlaşdırıblar. Təsvirlərdən göründüyü kimi, şimaldakı şəhərlər və rayonlar daha çox risk bölgəsində yerləşir.

Tarix
2019.02.04 / 15:09
Müəllif
Əli, Orxan
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Xoşbəxtlik” üzərində tikilən binaya etirazın səbəbi - Foto

Xalq artistinin nadir müsahibəsi üzə çıxdı – Foto

Xəstə anasına dərman əvəzi “tik-tak” verən bəstəkar...

"Nəsimi"nin Fatiməsi: Gücüm çatmadı, ağladım...

Alimlər qədim sivilizasiyanın izlərini tapdı

Türklərin qamlama mərasimindən unikal - Video

Elə bir "təbrik yağışı"na tutulmuşam ki... - Camalqızı

Dəhşətli Şamaxı zəlzələləri: 90 min ölü – Foto

“Yeni Müsavat” yalnız bu halda bağlanacaq - Rauf Arifoğlu

Teymurun uduzduğu yeganə döyüş - Azərbaycan şahı ilə

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla