Yuxarı

Novruzda “Həft sin” anlayışı: süfrəyə qoyulan 7 nemətin sirri

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzda “Həft sin” anlayışı: süfrəyə qoyulan 7 nemətin sirri

Çoxları belə düşünürlər ki, "Həft sin" (7 "se") süfrəsi yalnız fars Novruzuna aiddir və bizdə belə ənənə yoxdur. Əslində isə bu belə deyil, farslarda formal səciyyə almış bu anlayış bizim Novruz süfrəsində mahiyyətcə daha düzgün saxlanılıb.

Əvvəlki məqalədə mən göstərmişdim ki, mənşəyini saklardan götürən zərdüştilik təliminə əsasən dünya Ahura Məzda tərəfindən 7 ünsürdən - səma, su, Yer (torpaq), bitki, heyvan, insan və od ünsürlərindən ibarət yaradılıb və bu ünsürlərdən hər biri də bir qoruyucu mələyin mühafizəsi altındadır. Sak dilində bu mələklərə “Ameşa spentə” (Əbədi mələklər) deyilir. Ərəb işğalından sonra zərdüştilik dini ilə birlikdə onun mələkləri və bayramları da qadağan olunmuşdu. Xəlifə Müaviyyə ona “hədiyyə” adı altında verilən böyük bac müqabilində Ahura Məzda (Sasanilər dövründə bu ad artıq “Hörmüzd” forması almışdı) bayramının keçirilməsinə icazə verdi, ancaq bu şərtlə ki, bayram dini yox, yalnız təqvim bayramı kimi və Novruz (Yeni gün) adı ilə keçirilməlidir.

Ahura Məzda bayramının ənənələrindən biri də bu idi ki, bayram süfrəsində həmin 7 spentəni və onların qoruduqları ünsürləri simvolizə edən 7 məmulat olmalı idi. Farslar “spentə” sözünü ruhanilərdən pərdələmək üçün bu adətə “7 sin” adı verdilər. Bu ənənənin mənası unudulduqdan sonra isə sonrakı nəsillər onu “s2 səsi ilə başlayan “7 nemət" mənasında başa düşərək, süfrəyə səbzə (bizim səməniyə deyilir), səmənu (cöcərmiş buğda dənindən hazırlanan xörək), senced (iydə), sir (sarımsaq), sib (alma), sumaq və sirkə qoymağa başladılar, halbuki bu məmulatlar spentələrin qoruduqları ünsürlərlə əlaqəli deyillər və onlardan bəziləri heç bayram süfrəsi üçün də münasib sayıla bilməzləfr. Həm də başqa dillərdə onlar başqa “sə”lərlə başlayırlar.

Bizim Novruz süfrəsində isə bu adətə xüsusi bir ad verilməsə də, süfrəyə öz qədim mahiyyətinə uyğun məmulatlar qayulur: səmanın (göy qübbəsinin) şərəfinə boyanmış yumurta, suyu simvolizə edən şərab (islamdan sonra - şərbət), Yeri simvolizə edən dairəvi külçələr, bitkini bildirən səməni, heyvan ünsürünü bildirən heyvani məhsullar, insan ünsürünü bildirən iştirakçıların özləri, odun təcəssümü kimi isə şam və ya çıraq.

Bu deyilənlər elə indi də bizim Novruz süfrəmizin ayrılmaz atributlarıdırlar. Orta əsr müəllifləri də qeyd edirlər ki, hələ qədimdən Novruz ənənələri ən güclü şəkildə məhz Azərbaycanda yayılmışdır.

Kamil Hüseynoğlu, professor

Tarix
2020.03.20 / 22:06
Müəllif
Kult.az
Digər xəbərlər

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla