Yuxarı

Ermənistana 15 milyonluq zərbə vuran qəhrəmanımız - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana 15 milyonluq zərbə vuran qəhrəmanımız - Video

2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından biri də düşmənin 12 texnikasını sıradan çıxaran, xeyli canlı qüvvəsini məhv edən zabitimiz Mirdamət Bağıyevdir.

Axar.az xəbər verir ki, Mirdamət Bağıyev ermənilərin illərdir mifləşdirdiyi və “keçilməz” adlandırdıqları “Ohanyan xətti”nin yarılmasında xüsusi qəhrəmanlıq nümayiş etdirib. Ermənilər itirdikləri əraziləri geri qaytarmaq üçün tank taborunu döyüşə cəlb edəndə Mirdamət Bağıyev dəqiq mövqe seçərək, “Spayk” qurğusu ilə düşmənin 7 tankını məhv edib.

O, real döyüş şəraitində İsrail istehsalı olan tank əleyhinə idarə olunan bu silahı sınaqdan keçirən ilk hərbçimizdir.

Azərbaycan ordusunun gənc zabiti düşmənin ümumilikdə 7 tankını (T-72), hərəsində 20-dən çox canlı qüvvəsi olan 2 hərbi maşınını, içində ən azı 20 hərbçisi olan 1 KamAZ-ını, 3 yüksək rütbəli zabitini daşıyan 1 ədəd komandir avtomobilini və 1 ədəd PDM-2-ni sıradan çıxarıb.

Qəhrəman zabitimiz həmin günləri belə xatırlayır:

“İlk döyüş zamanı iki dəfə ard-arda uğurlu atış elədim. Düşmənin komandir maşınını müşahidə edirdim. Həmin maşına bir neçə yüksək rütbəli zabitin mindiyini izləyirdim. Səbirlə gözləyib maşının tam dolmasını müşahidə edəndən sonra ilk atəşi həyata keçirdim. Raketi düz maşının ortasına salaraq darmadağın elədim. Bundan sonra düşmənin ərazidən qaçan şəxsi heyətinin yığışdığı yük maşını diqqətimi çəkdi. Yenə təmkinlə izləyib 25 nəfərin həmin maşına mindiyini müşahidə etdikdən sonra ikinci atəşi açdım. Həmin raketi də maşının tam mərkəzinə salmağı bacardım. Düşmənlə dolu maşın parça-parça olaraq ətrafa səpələndi”.

Ekspertlər bildirirlər ki, Mirdamət Bağıyev düşmənin 12 texnikasını sıradan çıxarmaqla ona nə az, nə çox, düz 15 milyon ABŞ dolları məbləğində zərər vurub. Yaralı vəziyyətdə döyüşən Mirdamət Bağıyev hərbçi yoldaşlarının təkidi ilə aprelin 6-da hospitala getməyə razılıq verib.

Qeyd edək ki, Bağıyev Mirdamət Səristan oğlu 1986-cı ildə Şamaxı şəhər Poladlı kəndində anadan olub. 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2008-ci ildə ali hərbi təhsilini yerüstü artilleriya ixtisası üzrə başa vuraraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində dinləyici təhsil almağa başlayıb.

2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. Ailəlidir, iki övladı var.

Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb.

Tarix
2020.04.02 / 22:45
Müəllif
Aqşin
Digər xəbərlər

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla