Yuxarı

Onu AzTV-dən, Xəzər TV-dən uzaqlaşdırdılar - Ağalarov

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmməd Aslanın hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru və keçmiş səfir Eldar Həsənovla çox yaxın münasibətləri olub. Ömrünün son aylarında Eldar müəllimlə gedib Məmmədə baş çəkdik. Həm kəndçidirlər, həm də kök qohumluqları var, ikisi də Məşədi Həsən soyundadırlar. Hətta Məmməd Aslan barədə çıxan kitabın çap xərclərini Eldar müəllimin qızı Səbinə xanım öz üzərinə götürdü.

Kult.az xəbər verir ki, bunu Teleqraf.com-a geniş müsahibəsində “Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov deyib. O bildirib ki, eyni zamanda “Sözün özü” kitabının işıq üzü görməsinə millət vəkili Cavid Qurbanovun köməyi olub:

“Məmməd Cavidin atası Qənbər müəllimlə də çox yaxın dost idi. Ümumiyyətlə, Məmməd savadlı, milliyyətçi, vətənini, millətini sevən adamları özünə dost bilərdi. Azərbaycan dilinə, mədəniyyətinə, ədəbiyyatına həqarətlə baxanlardan uzaq durardı. Belə adamlar var idi və onlara qarşı amansız nifrət edirdi. Məmməd bunu büruzə verirdi, gizləmirdi”.

Əlövsət Ağalarov deyib ki, Məmməd Aslanın ailə sarıdan bəxti gətirməmişdi:

“İki dəfə ailə həyatı qurmuşdu. Bədbəxt hadisə nəticəsində yoldaşı yanıb ölmüşdü. Uzun illər evlənmədi. Birinci nikahdan Təbrizə adlı bir qızı vardı. O vaxt Azərbaycanda Təbriz adını çəkmək qadağan idi. Amma Məmməd qızının adını Təbrizə qoymuşdu ki, Azərbaycanda Təbriz sözünü işlətsinlər. Təbrizə çox ləyaqətli qız oldu. Məmməd də onu öz anası qədər sevdi”.

Onun sözlərinə görə, Azərbaycan teleməkanında Məmməd qədər səlis, məntiqli, dərin mənalı veriliş aparan, sinədən deyən ikinci bir aparıcı və yaxud iştirakçı tanımır:

“Yazıqlar olsun ki, bunu bizlərə çox gördülər. Əvvəlcə bədxahları onu AzTV-dən, sonra tamaşaçı xatirinə sığındığı Xəzər TV-dən uzaqlaşdırdılar. Öz aləmlərində sanki Məmməd Aslana pislik etdiklərini düşünüb namərdcəsinə sevinən kəslər bilmirdilər, yaxud da elə bilərəkdən yüz minlərlə, deyərdim ki, lap milyonlarla tamaşaçıya xəyanət etdiklərinin fərqində deyildilər. “Xəzər” televiziyasında özünə yeni yuva qurmuşdu ki, rəhbərlik dəyişdi. Türklər gedəndən sonra televiziyaya qeyri-türklər gəldi. Onlara Məmmədin verilişlərinin əlindən alınması barədə göstəriş verilmişdi. Məmməd Aslanın o verilişləri milləti kökünə qaytarırdı”.

Əlövsət Ağalarov Məmməd Aslanın Heydər Əliyevlə bağlı xatirəsini də danışıb:

“1991-ci ildə Filarmoniyada Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirildi. O vaxt Heydər Əliyev Naxçıvanın deputatı idi və Bakıya Ali Sovetin sessiya iclasına gəlmişdi. Heydər Əliyev gəlib zalda sakitcə bir küncdə oturmuşdu. Məmməd də bunu görüb iclasın başlamasına mane oldu. O, ayağa qalxıb Anar müəllimə sözünün olduğunu dedi. İcazədən sonra bildirdi ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, ədəbiyyatına qayğı göstərən Heydər Əliyev bu zaldadır. Bizə bu gün yaraşmaz ki, o gəlsin zalda camaatın içində otursun”.

“Azərnəşr”in baş redaktorunun sözlərinə görə, Məmməd Aslan təklif edib ki, Heydər Əliyev Rəyasət Heyətində əyləşsin:

“Anar müəllim də etiraz etmədiyini bildirib, Heydər Əliyevi kürsüyə dəvət etdi. Heydər Əliyev qalxıb təşəkkürünü bildirdi və dedi ki, mən həmişə yuxarılarda oturub aşağı baxmışam, amma indi istəyirəm aşağıda oturum yuxarıya baxım. Heydər Əliyev Məmmədə "Şöhrət" ordenini təqdim edəndə həmin hadisəni xatırlatdı və dedi ki, bu kişiyə rəğbətim var. Məmməd də dedi ki, yadınızda qalıbsa, çox sağ olun”.

Tarix
2020.09.23 / 13:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla