Yuxarı

Olimpiya Stadionu: "Hadisənin 190 min qonorarı..."

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Olimpiya Stadionu: "Hadisənin 190 min qonorarı..."

Türkiyəli müğənni Hadisənin dekabrın 31-də Bakı Olimpiya Stadionunda (BOS) iştirak edəcəyi konsertdən 190 min manat qonorar alacağı ilə bağlı yayılan informasiya reallığı əks etdirmir.

Bu barədə Report-a açıqlamasında stadionun mətbuat katibi Cəmilə Mehdiyeva məlumat verib.

O deyib ki, əgər konsertdə iştirak edəcək müğənni 10 mahnı ifa edəcəksə, iki saata görə bu qədər məbləğin ödənilməsi düz deyil: "Qeyd olunan rəqəm şişirdilmiş məbləğdir. Konsertdəki çıxışa görə razılaşdırılmış qonorar daha aşağı məbləğdədir. Lakin hər iki tərəfdən (BOS və müğənni) kommersiya sirri olduğundan dəqiq rəqəmi açıqlaya bilmərik".

C. Mehdiyeva eyni zamanda, mətbuatda açıqlanan rəqəmlərin məntiqli olmadığını da əlavə edib: "Tamaşaçıları cəmi 9 manata bilet əldə edib, Yeni il gecəsi stadiona gəlməyə dəvət edirik".

Qeyd edək ki, Türkiyənin “Hüriyyet” qəzeti Hadisənin Bakı Olimpiya Stadionunda 2 saatlıq çıxış üçün 375 min Türkiyə lirəsi (190 min manat) qonorar alacağı iddiası ilə çıxış edib.

Tarix
2016.12.09 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla