Yuxarı

Kömək edin, bağ evimi satım - Brilyant Dadaşova

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kömək edin, bağ evimi satım - Brilyant Dadaşova

Satışa çıxardığım bağ evim hələ də satılmayıb.

Kult.az xəbər verir ki, bu sözləri Oxu.az-a xalq artisti Brilyant Dadaşova söyləyib.

Sənətçi satışa çıxardığı bağ evinin ucuz olduğunu dilə gətirib:

“Kömək edin, Buzovnadakı bağ evimi satım. “Maklerlər” evi satışa çıxardığımı bilirlər. Amma mənim bağ evim o qədər də bahalı və cah-cəllalı deyil. Yaxşı olardı ki, tezliklə satılardı, amma hələ də gözləyirəm.

Ömür boyu qazancımı geyimimə, mahnılara, aranjimanlara, kliplərə xərcləmişəm. Özünüz də gördünüz ki, türk bəstəkarları pulumu alıb iş görmək istəmədilər. Mətin Özülküyə 19 min dollar, Fəttah Cana isə 18 min dollar pul verdim. Bunları nəyə görə etdim? Təbii ki, incəsənət xətrinə yeni mahnılar olmalıdır. Ömür boyu qazancımı ailəmə və sənətimə xərcləmişəm. Ailə deyəndə, üç nəfəri nəzərdə tutmuram. İçində 30 dan çox qohum-əqrəba var”.

Xalq artisti türk bəstəkarlarından 37 min dollara aldığı mahnıların aqibətinin bundan sonra necə olacağına isə bu cür cavab verib:

“O bəstəkarlardan mahnıları alıb, Azərbaycan dinləyicisinə qulaq asdırmaq istəyirdim. Onlar da bu cür münasibət göstərdilər. Mahnılar hələ də qalıb. Kamal Aslan isə söz verib ki, bəstələri ondan alıb, mənə təhvil verəcək. Onlar elə bilirdilər ki, mahnılara görə qapılarında oturub gözləyəcəm.

İki-üç dəfə hər iki bəstəkara səslənsəm də, özüm deyib, özüm də eşitdim. Ona görə mən də imtina etdim. Qürurum hər şeydən önəmlidir. Dedim ki, onlarla Allah danışsın, daha bundan sonra danışan deyiləm. Pul söhbətinə gələndə, biz öz vətənimizdə belə mahnıları bəstəkarlardan pulla alırıq. Təmənnasız təqdim etdiyimiz mahnılara bir ətək pul xərcləyirik”.

Tarix
2019.12.13 / 15:46
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla