Yuxarı

"İcazə versəydiniz, Elnur Türkiyəni təmsil edərdi"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İcazə versəydiniz, Elnur Türkiyəni təmsil edərdi"

Yeni çəkdiyi "Sevimli, təhlükəli" filminin Qala gecəsi üçün Bakıya gələn məşhur türk müğənnisi və aktyoru Özcan Dəniz Nizami Kino Mərkəzində filmin təqdimatından sonra media mənsublarının suallarını cavablandırıb.

Publika.az-ın məlumatına görə, sənətçi filminin azərbaycanlı izləyicilər tərəfindən seviləcəyinə əmin olduğunu söyləyib. Filmin təsiredici süjet xəttinə malik olduğunu deyən Özcan Dəniz ekran işinin insanlarda böyük təsir oyadacağına əmin olduğunu bildirib.

Sənətçi film yaradıcılığından danışarkən, müğənnilik fəaliyyətini də unutmayıb: "Mən müğənnilik fəaliyyətimdən əl çəkəcəyimi düşünmürəm. Çünki hesab edirəm ki, bu Türkiyə şou-biznes bazarında bir itki olardı. Yeni ekran işimə gəlincə, filmin beynəlxalq uğurunu zaman göstərəcək. Əsas olan budur ki, mən ortaya iş qoydum".

Sənətçi eyni zamanda Türkiyədə böyük uğur qazanan Elnur Hüseynovla da bağlı fikirlərini bölüşüb.

Jurnalistlərin "Elnurun haqqında Türkiyədə nədən mənfi fikirlər səsləndirildi" sualına cavab olaraq sənətçi bunları deyib: "Elnurun uğurunu yüksək qiymətləndirirəm. Çox mükəmməl səs tembrinə və ifaçılıq qabiliyyətinə malik sənətçidir. Mən Elnur haqqında Türkiyədə xoşagəlməz fiikr eşitmədim, əksinə, hər kəs onunla qürur duyurdu. Elnurun sayəsində Türkiyə gözəl bir səs sahibi qazanmış oldu. Elnur bir dəfə Azərbaycanı "Eurovision" yarışmasında təmsil etdi. İnd idə icazə versəydiniz, bir dəfə də bizi təmsil edərdi".

Özcan Dəniz Xocalı soyqırımını da unutmayıb. Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirib: "Bir neçə gündən sonra Xocalı soyqırımını yad edəcəksiniz. Xocalı soyqırımı insanlıq adına bir qara ləkədir, bunu hər birimiz bilirik. Bu dəhşətli hadisə məni də çox kədərləndirir. Həmin gün sizin acınıza mən də şərikəm".

Mətbuat konfransından sonra Özcan Dəniz fanatları ilə fotoşəkillər və selfi çəkdirib.

Tarix
2015.02.24 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla