Yuxarı

Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı

Türkiyənin Çanaqqala vilayətində qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 36 qanunsuz miqrant saxlanılıb, miqrantların daşınmasını təşkil etməkdə şübhəli bilinən iki nəfər, o cümlədən Azərbaycan vətəndaşı həbs edilib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Sahil Mühafizəsi əməkdaşları Eceabat rayonu sahillərində qayıqda bir qrup qanunsuz miqrantın olduğunu müəyyən ediblər.

Bundan sonra Çanaqqala İl Təhlükəsizlik İdarəsi, Qərbi Mərmərə Sahil Mühafizəsi Komandanlığının Kəşfiyyat Şöbəsi və Sahil Mühafizəsinin TCSG-16, TCSG-908 və KB-44 patrul katerlərinin iştirakı ilə əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan qayıqda biri uşaq olmaqla, Yəmən, İran, Sudan, Misir və İraq vətəndaşları olan 36 qanunsuz miqrant aşkarlanıb.

Hüquq-mühafizə orqanları miqrantların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilinən İran və Azərbaycan vətəndaşı olan iki nəfəri də saxlayıb.

Qanunsuz miqrantlar barələrində müvafiq prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrantların İlkin Qəbul və Yerləşdirmə Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.07.24 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla