Yuxarı

Məşhurlar Cəbrayılın azad olunmasını belə qarşıladı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhurlar Cəbrayılın azad olunmasını belə qarşıladı

Məlum olduğu kimi, bir az öncə Ali Baş Komandan, Prezident İlham Əliyev özünün Tvitter səhifəsində Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhəri və rayonun bir neçə kəndinin işğaldan azad olunduğu xəbərini paylaşıb. Hər kəsin 27 ildir gözlədiyi bu xəbər ölkədə böyük coşğu və sevinclə qarşılanıb.

Azərbaycanın tanınmışları da bu xəbərlə bağlı sevincini sosial şəbəkələrdə paylaşıblar.

Axar.az Musavat.com-a istinada onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Röya Ayxan prezidentin qələbə müjdəsini paylaşaraq, "Qələbə bizimdir!" qeydini yazıb.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova: "Yaşa, var ol Azərbaycan! Var olun Ali Baş Komandanımız və igid ordumuzun əsgərləri! Qarabağ qayıdır! Allahım, haqqımızın yeyənlərin haqqından gəl!"

Müğənni Roza Zərgərli "Yalnız irəli!" qeydini paylaşıb.

Aktyor Fərda Xudaverdiyev isə sevincini bu cür bölüşüb: "Cəbrayıl sahibindədir. Təbriklər Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!"

Rəqqasə Oksana Rəsulova Prezidentin müjdə xəbərini paylaşaraq, "Şükür Allaha! Qarabağ Azərbaycandır!" qeydini yazıb.

Tarix
2020.10.04 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla