Yuxarı

Elgiz: "Ayıb olsun ona"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elgiz: "Ayıb olsun ona"

"Xeyriyyəçilik işləri ilə ən çox məşğul olan müğənnilər Nadir Qafarzadə, Nazənin, İlhamə Quliyevadır. O, problemli olan bir qıza böyük kömək etdi. Bu, çox böyük bir jest idi".

ANS press-in məlumatına görə, bunu "Xəbərsizsiniz" verilişində qonaq olan aparıcı Elgiz Əkbər deyib.

O, bir neçə il öncə aparıcı olduğu "Toy olsun" proqramında qarşılaşdığı bir məqamı da açıqlayıb. Elgizin sözlərinə görə, fiziki qüsurlu cütlüyün toyu zamanı bir müğənni ona zəng edərək verilişdə iştirak etmək istədiyini deyib:

"Mənə dedi ki, həftənin 5-cü günü verilişə gəlmək, gəlinə hədiyyə etmək istəyirəm. Veriliş günü o gəldi, yeni mahnılarını oxudu, qızın da barmağına üzük taxdı. Toydan bir neçə gün sonra bəyin anası mənə zəng etdi. Düşünürdüm ki, o təşəkkür edəcək. Amma mənə dedi ki, gəlini çox ağlayır, özünü pis hiss edir. Mən səbəbini soruşanda dedi ki, müğənninin taxdığı nişan üzüyü qaralıb".

Aparıcı ad açıqlamasa da müğənninin bu xeyriyyə işindən özünü reklam üçün istifadə etdiyini deyib.

"Ayıb olsun ona. Özünü göstərdi, beş mahnı oxudu, getdi".

Tarix
2015.05.15 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla