Yuxarı

Röya Yeni ildə rəqsinə bu cür haqq qazandırdı – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Röya Yeni ildə rəqsinə bu cür haqq qazandırdı – Video

Mən evimdə rəqs etməklə nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir məzmunlu söz demişəm.

Kult.az xəbər verir ki, bunu müğənni Röya Ayxan Yeni ildə rəqs etməsinə görə sosial şəbəkələrdə ona qarşı səslənən ittihamlara cavab olaraq İnstaqram hesabında qeyd edib.

O, ötən gün vəfat edən bəstəkar Nailə Mirməmmədlinin ölüm səbəbi ilə bağlı yayılan yanlış məlumatı paylaşaraq, jurnalistləri onun haqqında da yanlış yazmaqda ittiham edib:

“Nailə xanım infarkt keçirib, xərçəngdən ölməyib. Bax, siz belə yazı yazırsınız. Necə ki, məni bayram keçirən, ölüsünə hörmətsizlik edən adam kimi təqdim etdiniz. Amma mən içimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir məzmunlu söz demişəm. Əgər evimdə rəqsim sizi narahat edirsə, o zaman dekabrın 31-i kanallarda içi mən qarışıq rəqs edən, qələbəni qeyd edən ulduzlara da söz deyərdiniz. Yox, əgər siz məndə səhv axtarırsınızsa, öncə özünüzə baxın. Adamı özündən çıxartmayın. Məni öldürməyə gücünüz çatmaz”.

Qeyd edək ki, Röya Ayxanın Yeni il günü rəqs etməsini əks etdirən videonu sosial şəbəkədə paylaşması ictimaiyyətdə etirazla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Röyanı şəhid analarına hörmətsizlik etməkdə ittiham ediblər.

N.Mirməmmədlinin ürəktutmasından dünyasını dəyişdiyi barədə xəbəri isə ölümündən dərhal sonra rəsmi olaraq yayılıb. Onun xərçəngdən öldüyü haqda heç bir məlumat yoxdur və yaxud yalnız Röyanın oxucusu olduğu "haradasa" var.

Tarix
2021.01.05 / 11:35
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla