Yuxarı

Mətanət üzr istədi və ağladı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətanət üzr istədi və ağladı - Video

Dünən aparıcısı olduğu "Gündəlik" verilişində Binəqədi rayonu ərazisindəki yaşayış binasında baş verən yanğınla bağlı səsləndirdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" kimi fikirlərinə görə ictimaiyyət tərəfindən ciddi qınaq obyektinə çevrilən Mətanət Əliverdiyeva bu gün efir başlayan kimi izahat verib.

Axar.az xəbər verir ki, aparıcı "Gündəlik" verilişinin bugünkü yayımı zamanı fikirlərini doğru ifadə etmədiyini deyib:

"Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlarda qıcıq yaratdılar. Həqiqətən də buna dəyməzdi. Mən gərək daha diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın".

Mətanət xanım bu sözlərindən sui-istifadə edilib, həssas insanların narahat edilməsindən də danışıb və hədəfə çevrilməyi haqq etmədiyini deyib. Həmçinin bildirib ki, bu məsələ ilə bağlı tənqidlərə tuş olması ona çox pis təsir edib.

"Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynayan biri deyiləm. Mən özüm də iki uşaq anasıyam, mən özüm də övlad itirmişəm".

Mətanət Əliverdiyeva bu fikirlərini səsləndirərkən canlı yayımda ağlayıb.

Xatırladaq ki, Milli Teleradio Şurası məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə sifahi irad bildirilib.

Tarix
2015.05.21 / 19:17
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla