Yuxarı

Elgiz hücuma məruz qaldı – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elgiz hücuma məruz qaldı – Foto

Tele-aparıcı Elgiz Əkbərə qarşı haker hücumu olub və onun İnstaqram sosial şəbəkəsində olan hesabı sındırılıb.

Axar.az xəbər verir ki, bu barədə telejurnalist özü Publika.az-a açıqlamasında deyib. Bunu kimin və nə məqsədlə etdiyini bilmədiyini vurğulayan Elgiz Əkbər məsələni hüquq-mühafizə orqanlarının araşdıracağını söyləyib:

"Həmin sosial şəbəkə vasitəsilə tamaşaçılarımla birbaşa ünsiyyətdə olurdum. Şərhlərdən tamaşaçıların efirdə baş verənlərə münasibətini öyrənə bilirdim. Bu baxımdan sosial şəbəkənin müsbət cəhəti çox idi".

Haker hücumunu kimin təşkil etməsinə gəlincə, Elgiz Əkbərin bəzi şübhələri olsa da, konkret kimin belə bir addım ata biləcəyi ağlına gəlmir:

"2 ay ərzində 30 mindən çox izləyici toplaya bilmişdim. Elə izləyicilər var idi ki, mənim şəkillərimin altında müxtəlif telekanallarda çalışan həmkarlarımı təhqir edirdi. Onlara bir neçə dəfə irad tutdum ki, mənim şəkillərimin altında heç bir həmkarımı təhqir etməyin. Kimə sözünüz varsa, özünə yazın. Hadisə də bundan sonra baş verdi. İndi bilmirəm profilimi sındıran həmin insanlardır, ya yox. Bəlkə də kimsə sifarişlə edib. Bilmirəm".

Elgiz Əkbər İnstaqrama geri qayıtmayacağını da bildirib:

"Geri dönüb heç kəsi narahat etmək istəmirəm. Demək ki, mənim mövcudluğum, sosial şəbəkədə olmağım kimlərisə narahat edir. Heç kəs narahat olmasın. Geri dönməyəcəyəm. Qoy rahat yaşasınlar".

Tarix
2015.07.18 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

Bakıda mühüm tədbir: Prezident çıxış edir - Foto

Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla