Yuxarı

Tele-aparıcı: "Bunu kim edibsə..."

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tele-aparıcı: "Bunu kim edibsə..."

"Haqqımda yayılmış məlumatların heç bir əsası yoxdur. Bunu özümə qarşı təxribat kimi qiymətləndirirəm. Belə yalan xəbərlər yayılan saytlar məhkəmə qarşısında cavab verəcəklər".

Bunu Azərfaks-a açıqlamasında teleaparıcı Zəhra Rüstəm-Osmanova mətbuata barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda heç bir yerdə işləmir və onu yalnış olaraq telekanallardan birinin əməkdaşı kimi təqdim edirlər:

"Məlumatlarda adıçəkilən sərgi iki il əvvəl keçirilib. Mən həmin sərgidə əsərlərimi nümayiş etdirmişəmsə, bu o demək deyil ki, həmin fotolardakı şəxs mənəm. Qətiyyən belə deyil, o gürüntülərdəki şəxs mən deyiləm. İki il əvvəlki tədbir barədə dünən olubmuş kimi xəbər yaymaq və üstəlik həmin məlumatlara şəxsimə yönəlik təhqiredici başlıqlaqlar qoymaq təkcə peşəkarlıq səviyyəsini göstərmir. Bu həm də mənəviyyatdan uzaq davranışdır. Kim bunu edib, nə məqsədlə edib, hamısını məhkəmə aydınlaşdıracaq. Bir daha hər kəsin nəzərinə çatdırıram ki, yayılmış fotolardakı şəxs mən deyiləm. Bunu edən adamlar əməllərindən utansınlar. Heç kəs onlara haqq verməyib ki, insanların heysiyyatına toxunsunlar".

Z.Rüstəm-Osmanova onu da qeyd edib ki, hazırda məsələ vəkili tərəfindən araşdırılır.

Tarix
2015.07.27 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir başladı - Foto

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla