Yuxarı

Məhkəmə qərar verdi: Şou-biznes qalmaqalı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə qərar verdi: Şou-biznes qalmaqalı

İcraatımda olan və bir ildən artıq davam edən məlum məhkəmə işinin apelyasiya mərhələsinə nöqtə qoyuldu.

Bu sözləri vəkil Vüqar Səfərli Təranə Qumralla müğənni Nazəninin arasında gedən məhkəmə prosesi haqda Axar.az-a danışarkən deyib. O, məhkəmənin uğurla başa çatdığını bildirib:

"Bakı Apelyasiya Məhkəməsi hüquqlarını müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızı və Musayev Musa İnqilab oğlu tərəfindən Xətai Rayon Məhkəməsinin 06.07.2015-ci il tarixli qətnaməsindən verilən apelyasiya şikayətini qismən təmin etdi.

Bakı Apelyasiya Məhkəməsi 14.01.2016-cı il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin təhqirə görə mənəvi ziyanın əvəzi kimi Salayeva Nazəninin xeyrinə İbrahimova Təranə Xeyrulla qızından 10000 (on min) manat tutulması hissəsini ləğv edərək, mənəvi ziyanın əvəzi kimi Təranə xanımdan Salayeva Nazəninin xeyrinə cəmi 500 (beş yüz) manat tutulmasını müəyyən etdi. Düşünürəm ki, Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməni hüquqlarını müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızının və onun həyat yoldaşı Musayev Musa İnqilab oğlunun adına uğurlu hesab etmək olar.

Qeyd etmək istəyirəm ki, iş üzrə qarşı tərəfin verdiyi apelyasiya şikayəti məhkəmə tərəfindən tamamilə əsassız sayılaraq, rədd edildi".

Xatırladaq ki, bir müddət əvvəl müğənni Nazənin həmkarı Təranə Qumralı onu təhqir etməsi iddiası ilə məhkəməyə vermişdi.

Tarix
2016.01.15 / 13:05
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla