Yuxarı

Aygün şou-biznesi cılızlıqda suçladı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün şou-biznesi cılızlıqda suçladı

Xalq artisti Aygün Kazımova Azərbaycan şou-biznesinin cılızlaşdığını iddia edib.

"Onlar" verilişinə açıqlama verən müğənni şou-proqramların adiləşdiyini bildirib:

"İllər əvvəl Nisə Qasımova çox gözəl şou-proqram yaratmışdı. Bu, bir ilk idi. Mən özüm tamaşaçı kimi həmin verilişə gəlmişəm. Proqrama o qədər tələbat var idi ki... Sonra mən "Aygün şou"nu yaratdım. Burada Faiq Ağayev, Samir Bağırov, Zülfiyyə Xanbabayeva, aparıcılar Azər Mirzəyev, Gülşən Qurbanova iştirak edirdi. İndi elə vəziyyət yaranıb ki, əvvəlki şoulardan əsər-əlamət yoxdur. Hansı restorana getsən, eyni müğənniləri görürsən. Oradan çıxıb burada oxuyurlar. Heç kim inciməsin. Şou-biznes cılızlaşıb. Müğənnilər çox əlçatan olublar. Nadir sənətçilər var ki, toxunulmazlığı qoruyub saxlayıblar. Mən heç bir şou-proqrama getmirəm. Çünki bunu özümü, sənətimi aldatmaq hesab edirəm. Tamaşaçıya kələk qururam sanki. Həmin "Aygün şou"nu yenidən bərpa etmək istəyirəm. Amma bu, çox böyük əmək tələb edir" (Axşam.az).

Tarix
2014.02.12 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla