Yuxarı

Con Batçelor: “Azərkosmos” auditoriyama maraqlıdır

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Con Batçelor: “Azərkosmos” auditoriyama maraqlıdır

“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ABŞ-ın geniş auditoriyaya malik olan, məhşur “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelora müsahibə verib.

ASC-dən Kult.az-a bildirilib ki, ötən ilin avqust ayında “Azərkosmos”un fəaliyyəti və idarəçiliyində olan peyklər barədə məlumatı geniş kütləyə çatdıran amerikalı jurnalistə bu dəfə “Azərkosmos”un son yarım ildə gördüyü işlərdən, xüsusilə artıq kommersiya fəaliyyətinə başlayan “Azerspeys-2” peyki və onun üstünlüklərindən bəhs olunub.

Söhbət əsnasında kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığın olduğu qeyd olunub, “Azerspeys-1” və “Azerspeys-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan “Orbital Sayəns Corporation” və “Space Systems/Loral” (SSL) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu vurğulanıb.

Con Batçelor öz növbəsində bildirib: “Azərkosmos” peyk xidmətləri təklif edən operator olaraq mənim auditoriyama olduqca maraqlıdır və fəaliyyətiniz haqqında informasiyanı mütəmadi olaraq dinləyicilərimlə bölüşürəm”.

Həmçinin, müsahibə zamanı həmsöhbət olan "Vaşinqton Tayms" qəzetinin müxbiri Monika Krouli və amerikalı investor Kristian Nikson ilə birgə peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqda fikir mübadiləsi aparılıb.

Tarix
2019.03.13 / 20:14
Müəllif
Kult.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla