Yuxarı

Mirzə Cəlilin Polşada yaşayan nəticəsi danışdı – İlk dəfə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 150 illiyidir.

Kult.az HafizTimes.com-a istinadən Cəlil Məmmədquluzadənin nəvəsi Midhət Cavanşirin Polşada yaşayan oğlu Martin Cavanşirlə eksklüziv müsahibəni təqdim edir:

- Babam Ənvər bəy (Cəlil Məmmədquluzadənin oğlu – red.) həyat yoldaşı Zofia Bahrinovska ilə İranda tanış olub. O, 1942-ci ildə general Andersin ordusu ilə İrana köçən polşalı bir qadın idi. Atam Midhət onların ilk övladı olub. 1944-cü ildə Fumanda dünyaya gəlib. Onların dörd övladı olub. Mənim atam, qızları Nizhət, İren və oğlu Teymur. Bütün ailə 1950-ci ilə qədər Tehranda, Urmiya bölgəsində Zartoştian küçəsində bir evdə yaşayıblar.

Babam Ənvərin özünün həkim ofisi vardı və orada çalışırdı. Nənəm Zofiya da onunla işləyən bir tibb bacısı idi. 1968-ci ildə atam təhsil almaq üçün anası Zofiyanın vətəni Polşaya gedib. Atam Lodzda təhsil almağa başlayıb. Orada anam Elizabet Szimaniakla tanış olub. Bu münasibətin nəticəsi olaraq 1970-ci ildə Polşada mən dünyaya gəlmişəm. 11 il sonra isə qardaşım Ramin dünyaya gəlib.

1972-ci ildə valideynlərimlə birlikdə İrana köçdük. Babam Ənvər və Zofiya nənəmin evinin yaxınlığındakı bir binada məskunlaşdıq.

- Babanız Ənvər Məmmədquluzadəni (Cavanşir) görmüsünüz? Onu necə bir insan kimi xatırlayırsınız?

- Həm nənəm, həm də babam 1979-cu ildə vəfat etdi. Ənvər babam Tehrandakı Beheşte-Zəhra qəbiristanlığında, Zofia nənəm isə Dulabdakı polyaklar qəbiristanlığında dəfn edildi. Həmin vaxt 9-10 yaşım olardı.

Yaxşı xatırlayıram ki, babam Ənvər çox mülayim bir insan idi. Zofia isə çox gözəl bir nənə idi. Uşaq olarkən nənə-babamla evdə vaxt keçirməyi çox sevirdim. Babamla nənəm vəfat etdikdən sonra valideynlərimlə birlikdə Tehranda yaşamağa başladıq.

İran-İraq müharibəsinin başlamasından bir neçə il sonra, 1984-cü ildə anam Elizabeta ilə birlikdə Polşaya getdim. Və bu günə qədər də onunla birlikdə burada yaşayıram.

- Atanız Midhət Cavanşirlə əlaqəni kəsmişdiniz?

- Atam Midhət hər il qışda yanımıza gəlirdi. Təxminən 4 həftə bizimlə birlikdə qalırdı.

- Özünüz haqqında danışın. Harada təhsil aldınız? İndi nə işlə məşğul olursunuz?

- Krakov şəhərində orta məktəbdə təhsil aldım. Daha sonra Lodz şəhərində Bina və Memarlıq Fakültəsinin məzunu oldum. 1994-cü ildə polşalı Malqorzata Gierk ilə ailə qurdum. İki övladımız var: Przemyslav (1996-cı il) və Maqdalena (2003-cü il təvəllüdlü). Hazırda bir qaynaq şirkətində keyfiyyət üzrə menecer kimi çalışıram.

- Qardaşınız Ramin Cavanşir barədə bilmək istərdik.

- Ramin 10 ildir ki, Dublində yaşayır…

- Bəs atanız Midhət Cavanşir hazırda yaşayır?

- Atam Midhət 2013-cü ildə vəfat etdi. Anam Elizabet Polşada yaşayır. Bizim evlərimiz arasında 1 km məsafə var.

- Cəlil Məmmədquluzadə barəsində məlumatınız varmı?

- Ənvər babam mənə öz atası Cəlil Məmmədquluzadə barəsində çox danışmayıb. Həmin vaxt mən uşaq idim. Daha sonra mən Cəlil Məmmədquluzadənin həyatı, işi ilə maraqlandım. Amma təəssüf ki, bu istiqamətdə geniş araşdırma aparmadım.

- Bu gün ailənizdə Cəlil Məmmədquluzadənin yolunu davam etdirən, yaradıcılıqla məşğul olan kimsə varmı?

- Çox təəssüf ki, ailəmizdən heç kim babamız Cəlil Məmmədquluzadənin yolunu davam etdirmir…

- Cəlil Məmmədquluzadənin vətəni Azərbaycanla bağlı nə demək istərdiniz?

- Təəssüf ki, heç vaxt Azərbaycanda olmamışam. Amma bildiyimə görə Azərbaycanın paytaxtı Bakı gözəl bir şəhərdir. Əlbəttə ki, Azərbaycana səfər etmək istəyərəm.

Martin Cavanşirin oğlu Przemyslav Cavanşir də öz fikirlərini bölüşüb:

- Cəlil Məmmədquluzadə mənim ulu babam olub. Təəssüf ki, onun barəsində çox məlumatım yoxdur. Ailəmizin kökləri, babam Cəlilin xalqı üçün gördüyü böyük işlər, möhtəşəm yaradıcılığı barədə sizdən öyrəndim. İndi çox həyəcanlanıram və qürur duyuram ki, siz məktəblərdə, universitetlərdə mənim Cəlil babam haqqında öyrənirsiniz. Bunu eşitmək məni çox sevindirdi.

Sizin verdiyiniz məlumatlardan sonra mən də Cəlil Məmmədquluzadə haqqında oxudum. Öyrəndim ki, Cəlil babamın adına Azərbaycanda şəhər də mövcuddur. Çox istəyərəm ki, bir gün Azərbaycana, babamın adını daşıyan həmin şəhərə gedim.

Tarix
2019.05.03 / 13:27
Müəllif
Hafiz Əhmədov
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla