Yuxarı

Sədri divara dirədilər: “Fateh niyə 4 veriliş aparır?” - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:14

İTV-nin efirində "3D" adlı yeni layihəyə start verilib.

Kult.az xəbər verir ki, verilişin ilk buraxılışının qonağı İTV-nin baş direktoru Balakişi Qasımov olub. B.Qasımov veriliş boyu robot aparıcı “Dadaş Dadaşlinksi”nin suallarını cavablandırıb.

İctimai maraq doğuran müsahibəni təqdim edirik:

- Siz bura gəlməzdən mən maraqlandım ki, nədən danışa bilərik. Sizin sosial şəbəkənizə də ünvanlandım. Balakişi Qasımovun səhifəsində bir fikri, bir rəyi, bir sözü yoxdur. Yalnız repostlar, hardansa götürdüyü məlumatlardır. Balakişi müəllim, öz sözünüzü deməkdən çəkinirsinizmi?

- Mən sosial şəbəkələrdə çox aktiv deyiləm. Düzünü desəm, o qədər də vaxtım olmur. Paylaşımları oxusam da, heç nə yazmıram.

- İctimai TV-də bu mövsum nə dəyişəcək?

- İTV-də hər şey dəyişəcək. Artıq kifayət qədər çox iş görülüb. Bu mövsümdən etibarən lisenziyalı layihələr, yeni serial, lisenziyalı filmlər və çox maraqlı tok-şoular olacaq.

- Son zamanlar bu fikirlə yəqin rastlaşmısınız: “Mən yerli kanallara baxmıram”. Elə insanlarla rastlaşmısınızmı?

- Əfsuslar olsun ki, tamaçaşılar daha çox rus və türk kanallarına üstünlük verirlər. Ancaq efirdə keyfiyyətli məhsul, maraqlı mövzularda müzakirələr görəndən sonra, tutaq ki, Rusiyanın “Qolos” layihəsi və ya “O səs Türkiyə” layihəsini izləməkdənsə, “Azərbaycanın səsi” layihəsini izləyərək ən azı Azərbaycanda yaşayanları efirdə görəndə öz kanallarımıza üstünlük verəcəklər. Məzmunu dəyişmək, daha müasir olmaq lazımdır. Ümumiyyətlə, İTV-nin efirində dəyərli və çox maraqlı verilişlər olub və olacaq. Sadəcə onun təqdimatı bir az müasir olmalıdır. Biz də bunun üzərində işləyirik.

- Siz heyətə nə söz vermisiniz? Siz hazırda yüzlərlə insana rəhbərsiniz. Bu insanların sizə inanması, ardınızca gəlməsi üçün onlara nə vəd verdiniz? Qısası, maaşlar nə vaxt artacaq?

- Siz artıq işə bu gün başlamısınız, amma maaş müzakirəsi edirsiniz. Gəlin, belə edək. Yeni ilə qədər görək verilişiniz populyar olacaqmı, sizi küçələrdə tanıyacaqlarmı? Ondan sonra Yeni ilə yaxın sizin maaş məsələnizi müzakirə edə bilərik.

- Radioqarışıq 4 verilişi ( “61”, “Breyn rinq”, “Fatehin divanı”, “Manpası”) bir nəfər aparır. Bu nə deməkdir?

- Bizim belə devizimiz var: Bu, hər kəsin kanalıdır. Fateh çox istedadlıdır. Ona görə də müxtəlif verilişlər aparır. Tamaşaçı Fatehi sevir və gözləyir.

- Özünüz həm kanalın sədrisiniz, həm də “Nə? Harda? Nə zaman?” verilişinin aparıcısısınız. Niyə birini buraxıb, özünüzü digərinə tam həsr etmirsiniz?

- Bu o deməkdir ki, mən kanalın rəhbəri seçilməzdən öncə artıq 10 ilə yaxın idi ki, verilişin aparıcısı idim. Belə qərara gəldim ki, yeni işimə mənfi təsiri yoxdursa, aparıcılığa davam edim. Ona görə ki, bu, mənim üçün çox vacibdir. Düşünürəm ki, bu, bir az tamaşaçılara qarşı da düzgün olmazdı. Çünki onlar artıq mənə öyrəşiblər. Fikirləşdim ki, davam edim. Bunda heç bir problem görmürəm.

- Bəzi kanallar efirlərində başqa kanalların adını çəkməyə çəkinir. Xəzər TV, AzTV, ATV. Siz başqa kanallarda hansı verilişlərə baxırsınız?

- AzTV kanalında bir neçə verilişi izləyirəm. ARB 24 kanalını daimi izləyirəm. Demək olar ki, bu qədər.

- Bəs reytinqdə neçənci yerdəyik?

- Əgər bu suala ciddi cavab versəm, deyə bilərəm ki, mənim üçün reytinq önəmli deyil. Əfsuslar olsun ki, Azərbaycanda uzun müdətdir reytinqlər düzgün ölçülmür. Əgər bizim məqsədimiz retytinq olsaydı, bayağı verilişlərə üstünlük verməli olardıq. Bunu nə özümüzə yaraşdırırıq, nə də bizim tamaşaçılara. Ona görə də bizim meyar reytinq deyil. Bizim meyar keyfiyyətli və tamaşaçılar tərəfindən qəbul olunan və istənilən verilişlərin istehsalıdır. Çalışırıq ki, bunu yüksək səviyyədə həyata keçirə bilək.

- Dönüb keçdiyiniz yola baxanda hansı layihənizlə fəxr edirsiniz?

- Demək olar ki, hər bir layihə ilə fəxr edirəm. Düşünürəm ki, həm radioda, həm də televiziyada efirə çıxan layihələrimiz kifayət qədər sevilir və uğurludur.

- Ümid Partiyasının sədri İqbal Ağazadə Eyyub Yaqubovun konsertini yayımlayan İTV-ni sərt tənqid edib. Bu barədə məlumatınız varmı?

- Bəli, eşitmişəm. Əslində, hər bir vətəndaşın fikrini bildrimək haqqı var. Bu normaldır. Sadəcə olaraq, bizim fikirlərimiz üst-üstə düşmür. Demək olmaz ki, E.Yaqubov öz mahnılarında hansısa həddi keçir. Əfsuslar olsun ki, bu gün Azərbaycan teleməkanında elə verilişlər var ki, onlara fikir verməyib E.Yaqubovun niyə efirdə olmasını düşünmək qeyri-səmimilikdir.

- Konkret kimi deyirsiniz? Hansı haldan danışırsınız?

- Tutaq ki, rezin boru ilə xanımda silikon axtarmaq, efirdə hansısa söyüşlər söymək. Bu haqda danışmaq lazımdır. O şey barəsində danışmaq lazımdır ki, bizim milli dəyərlərimizə ziddir. Eyyub Yaqubov isə bizim hörmətli müğənnimizdir, sənətkardır. Mən şəxsən bilirəm ki, tamaşaçıların əksəriyyəti ona çox böyük hörmətlə yanaşır. Ona görə də E.Yaqubov bizim efirdə olub və olacaq.

Tarix
2019.09.17 / 11:56
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla