Yuxarı

AMEA əməkdaşlarının korona ilə bağlı şeir yazması... - Rəsmi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda koronavirusa şeir yazılması haqqında informasiyalara dair məlumat yayıb.

Kult.az xəbər verir ki, məlumatda deyilir:

"Əvvəlcə qeyd etmək istəyirik ki, AMEA-da koronavirusla mübarizə haqqında şeirin yazılması yalnız şifahi məlumat şəklində olub. Akademiyada çalışan bir əməkdaşın koronavirusa yoluxan yaxın qohumunun həkimlər tərəfindən xilas edilməsinə şeirlə minnətdarlığını bildirməsinə dair eşidilən məlumata müsbət münasibət ifadə edilib və əgər belə bir yazı olarsa, onun çap edilməsi, kitaba daxil edilməsi məqsədəuyğun sayılıb. Həmin şeirin mətni akademiyada heç kimə təqdim olunmayıb, heç yerdə çap edilməyib.

Yazılması haqqında yalnız şifahi məlumat olan, heç yerdə çap olunmayan, mətni bizə də məlum olmayan bir şeirə dair məlumatı sosial şəbəkələrdə bu qədər şişirtmək və əldə olmayan bədii yazıya görə elmi kollektivlər, alimlər haqqında xoşagəlməz fikirlər səsləndirmək mediamıza hörmət gətirməz.

Bildirmək istəyirik ki, dünyanın bütün akademiyalarında elmlə ciddi surətdə məşğul olmağı əsas fəaliyyət sahəsi seçən tanınmış elm adamlarının həm də bədii əsər yazmaları, rəsm nümunələri çəkmələri, kitablarını nəşr etdirmələri, sərgilərini təşkil etdirmələri məqbul hal hesab olunur. AMEA-da da öz ixtisası sahəsində ölkə miqyasında tanınan alimlər var ki, həm də vaxtları və imkanları daxilində bədii yaradıcılıqla da məşğul olur, rəsm əsərləri çəkirlər. Şair, yazıçı, yaxud rəssam olmağa iddialı olmayan belə yaradıcı şəxslər üçün bədii yaradıcılıq ikinci məşğuliyyət sahəsidir. Hətta onların arasından peşəkar qələm sahibləri də yetişə bilir.

Onu da qeyd etməyi lazım bilirik ki, koronavirusla mübarizə ilə əlaqədar elmin qarşısında duran vəzifələr AMEA Rəyasət Heyətinin iclaslarında müzakirə olunub və bu barədə ictimaiyyətə geniş məlumat verilib. Müxtəlif elmi-tədqiqat institutlarında koronavirusla mübarizə ilə bağlı immun sisteminin möhkəmləndirilməsi, yoluxma təhlükəsinin aradan qaldırılmasında dərman bitkilərinin və xalq təbabətinin rolu və əhəmiyyəti, sularda yoluxma təhlükəsinin monitorinqinin aparılması, yoluxmanın qarşısını alan endemik bitkilərin yetişdirilməsinin genişləndirilməsi, postpandemiya dövrünün iqtisadiyyatının vəzifələri və s. kimi məsələlərlə əlaqədar tədqiqatlar davam etdirilir.

Bütün bunlarla bağlı rəsmi dövlət mətbuatında, sosial şəbəkələrdə ictimaiyyətə vaxtaşırı geniş məlumatlar çatdırılıb.

AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyə və Azərbaycan alimlərinin birgə iştirakı ilə koronavirusun qarşısını almaq üçün vaksin hazırlanması istiqamətində elmi araşdırmalara başlamaları barədə ictimaiyyətə ilkin məlumatlar yayıb.

Sosial şəbəkələrdə hallandırılan AMEA-da həyata keçirilmiş “Fizika və lirika” layihəsi isə dünyanın bir çox ölkələrində, Rusiya, Çin, Polşa Akademiyalarında da tədqiq edilən, elmlə ədəbiyyatın qarşılıqlı təsiri və əlaqəsinə həsr edilmiş aktual bir problemdir. Bu problemin müxtəlif aspektləri ilə Albert Eynşteyn, Lev Landau kimi Nobel mükafatı laureatı olan görkəmli alimlər də məşğul olublar.

Bütün bunlara görə sosial şəbəkələrdə koronavirusla mübarizəyə dair yazılması haqqında yalnız şifahi məlumat səsləndirilən, mətni əldə olmayan, çap edilməmiş bir bədii yazını bəhanə etməklə elm adamlarını tənqid hədəfinə tutmaq, yersiz mübahisələr açmaq xoşagəlməz məqsədlərə xidmət edir. Mətbuat işçiləri kimi, elmin də, alimin də adını və şərəfini uca tutmaq xalqımıza layiq yüksək xüsusiyyətdir".

Tarix
2020.06.12 / 16:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla