Yuxarı

Pikassonun qızı Azərbaycan mediasına danışdı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az dünya şöhrətli rəssam Pablo Pikassonun qızı Paloma Pikassonun Publika.az-a müsahibəsini təqdim edir:

- Adımı atam verib. "Paloma" - ispancadan tərcümədə "göyərçin" deəkdir. Mən doğulan il Parisdə beynəlxalq sülh konfransı keçirilirdi. Atama isə həmin tədbir üçün rəsm çəkmək tapşırılır. O da sülh göyərçininin təsvirini yaradır. Böyüdükcə "Paloma" adı özümün də xoşuma gəlməyə başladı. Hətta göyərçin təsviri hazırladığım zinət əşyalarının loqosuna çevrildi.

- Pablo Pikassonun imzası kifayət edir ki, gözümüzün önündə ən azı bir əsəri canlansın. Bəs siz onun yaradıcılığına necə tərif verərdiniz?

- Atamın əsərlərinin qəhrəmanları çox vaxt ailə üzvləri olurdu. Onun yaradıcılığı təkcə yaddaşıma həkk olunan əsərləri ilə kifayətlənmir. Pablo Pikasso öz fantaziyasının gücü ilə yeni dünya yaratmışdı. Ən böyük üstünlüyü o idi ki, izləyicisini də həmin dünyanın bir parçasına çevirməyə nail olurdu.

- Düşünürəm ki, rəssamların tabloları onların kitablardır. Hər bir əsərində minlərlə deyilməmiş cümlələr yatır. Pikasso yaradıcılığının sizə öyrətdiyi ən yaddaqalan aforizm hansıdır?

- Mənim bəxtim ikiqat gətirib ki, atam rəssam, anam isə yazıçı olub. Təkbaşına qərar verməyi, özüm olmaq duyğusunu aşılayıblar: "Heç kimin iradını, tənqidini dinləmə. Gördüyün işə özün dəyər verməyi öyrən". İnsanın şəxsiyyət kimi, sənət nümayəndəsi kimi formalaşmasında bundan müdrik dərs yoxdur.

- Valideynləriniz arasında 41 yaş fərq olduğunu bilirəm.

- Doğrudur. Anam çox savadlı və ağıllı qadın idi. Bəli, atamı sevirdi, amma azadlığını onun ayaqlarının altına sərmək istəmirdi. Yollarını ayırandan sonra da yay tətillərimi atamın emalatxanasında keçirməyimə heç vaxt mane olmurdu. Xatırlayıram ki, valideynlərim boşanandan 10 il sonra anam "Pikasso ilə ömür" kitabını yazdı. Atamın növbəti həyat yoldaşının ürəyi yazılan faktlara isinmədiyi üçün onu bizdən uzaqlaşdırmağa nail oldu. Atamla son görüşüm təsadüfən Kann küçələrinin birində baş tutdu. Bir neçə il sonra isə dünyasını dəyişdi.

- Dünyanın nəhəng zərgərlik və dizayn brendləri ilə çalışmısınız. Uğurunuzun sirri nədədir?

- Uşaqlıqdan rəngli saç aksessuarlarına, zinət əşyalarına, fərqli sırğalara marağım olub. Böyüdükcə anladım ki, karyeramı bu yöndə qurmalıyam. Ümumiyyətlə, yaradıcı insan gərək ən xırda detaldan da ilhamlanmağı bacarsın. Ən çox da müxtəlif mədəniyyətləri olan, rəngli və fərqli coğrafiyalara səfər etməyi sevirəm.

Tarix
2021.03.03 / 15:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla