Yuxarı

Qarabağı heç kimə verməyəcəyik - "Qurdlar Vadisi"nin Güllüsü

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur "Qurdlar Vadisi" serialının qəhrəmanlarından biri olan aktyor Ərhan Ufak Bakıya gəlib.

Kult.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ərhan Ufak media nümayəndələrinin suallarını cavablandırıb.

- Ərhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?

- Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. Amma təbii ki, həyəcan keçiririk, hər dəfə gələndə eyni hissləri yaşayıram.

- Sizin yaradıcılığınızda "Qurdlar Vadisi" serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?

- "Qurdlar Vadisi" serialı bizim adımızı tanıdan, məşhur edən bir layihədir.

- "Qurdlar Vadisi" serialının davamı olaraq "Qurdlar Vadisi Xaos"un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?

- Hələ ki, dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələ ki, serialın davamının çəkilməsi haqqında məlumatımız yoxdur.

- "Qurdlar Vadisi Xaos" serialı çəkilən zaman layihədə yer alacaqsınızmı?

- Serial çəkiləcəksə, layihədə yer alacam.

- Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?

- Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların və eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.

- 14 il "Qurdlar Vadisi" serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?

- 14 il davam etmək başqa bir hissdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.

- Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstünlük verilməyə başlanılıb...

- Bunun da müddəti var. Bəlli bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. İnsanların xüsusi marağına səbəb olan seriallar çəkilir. Həmin layihə tutduqdan sonra davamı çəkilir.

- Türkiyədə "Netflix" sosial platforması üstünlük təşkil edir. Sizə televiziya, yoxsa sosial platformada yer almaq daha asandır?

- Aktyor kimi fəaliyyət göstərirsənsə, hər hansı çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.

- Sizi Azərəbaycanda "Qurdlar Vadisi" serialının Güllü Ərhanı kimi tanıyırlar. Ölkəmizdə reaksiyalar necədir?

- Adımla da, obrazımla da müraciət edirlər. Adım Ərhan Ufakdır, obrazım isə Güllü Ərhandır. Ona görə də hər hansı çətinliyim yoxdur.

- Türkiyənin tanınmış şirkəti olan "Osman Sınav" Qarabağla bağlı film çəkəcək.

- Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah film çəkərlər. Çox gözəl bir layihədir.

- Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?

- Təbii ki, böyük mənuniyyətlə Qarabağ haqqında çəkilən layihədə yer almaq istəyərdim.

- Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?

- Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.

Tarix
2021.04.17 / 20:27
Müəllif
Kult.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla