Axar.az
Yuxarı

Hansı filmdən nazirlik nə qədər yeyib, adbaad bilirəm

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayev İttifaqın bu gün keçirilən konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kult.az Teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir:

- Rasim müəllim, sizi təbrik edirik. Bundan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edəcəksiniz. Təəssüratlarınızı eşitmək istərdik.

- Mən bu ittifaqın təxminən 1990-cı illərdən birinci katibi olmuşam. Sonra baş verən hadisələrdən çox danışmaq istəmirəm. Rüstəm İbrahimbəyov kimi nəhəng bir sənətkarı itirdik. Bundan sonra kollektiv mənə müraciət etdi. Çəkinirdim, düşünürdüm ki, bu işin öhdəsindən gələ bilmərəm. Çünki mən nə qədər olmasa da Rüstəm ola bilmərəm. Rüstəmin çəkisi başqa idi, mənim çəkim başqa. Hər halda Rüstəmə hörmət əlaməti olaraq, onun ruhu şad olsun deyə mən razılıq verdim. Onunla dostluğumuz 30 ildən çox idi, amma 23 il birlikdə işləmişik. Təxminən onun dəsti-xəttini, onun nəyə daha çox diqqət yetirdiyini bilirəm. Kino məktəbi və digər məsələlər...Çalışacam ki, həmin o xətti özü kimi də olmasa özüm bacardığım kimi davam etdirim. Təbii ki, kollektivin böyük əməyi olacaq.

- Sədr kimi ilk işiniz nə olacaq?

- Onu bilmirəm. Öncə kollektiv olaraq bir araya gələcəyik. Müəyyən məsələlərlə tanış olacam. Hətta üzvlərin siyahısına da baxacam. Görülməli işlər çoxdur, çalışacam ki, onun adına layiq iş aparaq.

- Rüstəm müəllim qəfil bizi tərk etdi. Yəqin ki, sədrliyə qədər sizin özünüzün yaradıcılıq planlarınız olub.

- Deyərdim ki, heç bir planım olmayıb. Ümidsiz idim. Həmişə kinoda çəkilmək istəyim olub və indi də var. O istəyim öz-özünə öldü. Çünki Azərbaycanda kino demək olar ki, çox pis vəziyyətdədir. Hətta bəzi adamlar eşidiblər ki, bura sədr seçilirəm, mənə görün nə deyirlər: "Sizi təbrik edirik, bundan sonra yaxşı filmlər çəkilər". O adamlara deyə bilmirəm ki, mən film çəkməyə gəlməmişəm. Yaradıcılığa yönəlik işlərimiz olacaq, tövsiyələr verib, təkliflər irəli sürəcəyik. Pandemiya düşdü, insanlar bir-birilə görüşmədi. Mən istəyirəm ki, işlərimizdə canlanma olsun. Ki, insanlar bir-biri ilə görüşməyə tələssinlər.

- Açıq səsvermə ilə seçildiniz. Gizli səsvermə olsaydı, yenə də seçiləcəyinizi düşünürsünüz?

- Mən o barədə fikirləşmirəm. Amma mənə elə gəlir ki, yenə də seçilərdim. Çünki alternativ yox idi.

- İttifaqın bir zamanlar keçirdiyi "Şərq və Qərb" festivalının gələcək taleyi barədə nə düşünürsünüz?

- Rəhmətlik Heydər Əliyev tapşırmışdı ki, festival hər il keçirilsin. İttifaqı dağıdanda məni yoxlamaya çağırdılar. Dedilər xərclənən pulların hesabatını verməlisən. Deyirik, qonaqlıq vermişik, soruşurlar hanı qəbzi? Doğrudur, İttifaqı dağıtmaq istədilər, amma buna tam nail ola bilmədilər. Sadəcə bir az qanqaraçılıq, insanlarda ümidsizlik yaratdılar. Bu, çox yersiz hərəkət idi. İndi iki ittifaqımız var. Bu ittifaqlar nə vaxtsa birləşməlidir. Heç bir ölkədə iki ittifaq yoxdur. Sənin bu gün kino çəkilişin yoxdur, amma iki ittifaqın var.

- Hesablama Palatasının rəhbəri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı deyib ki, kinoya ayrılan vəsait yarıbayarı azalmalıdır. Bu fikrə münasibətiniz necədir?

- Azalmamalıdır. Kinoya ayrılan pullar ayrı-ayrı adamlar tərəfindən yeyilib, oğurlanıb. Onların qarşısını almaq lazımdır.

- Deməli belə faktlar var?..

- Əlbəttə, var. Mən qiyməti ilə deyə bilərəm ki, hansı filmdən öncədən nə qədər mənimsənilib. Bunu açıqlamayacam. Çünki bu, prokurorluğun işidir. Amma kinoya 1 milyon manat ayırıblarsa, onun 200 minini mənimsəyiblər. Bunu Mədəniyyət Nazirliyində iki-üç nəfər edib. Dediyim odur ki, kinoya ayrılan vəsaiti azaltmaq yox, əksinə artırmaq lazımdır. Bu gün bütün dünyada inflyasiyadır. Ucuz ətin şorbası olmaz. Yaxşı nəticə əldə etmək ümün gərək kinoya xərc çəkəsən.

Tarix
2022.05.31 / 22:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf

Azdramda qalmaqal: Xalq artistləri direktora qarşı

Azdramdan direktorlar nələr oğurlayıb? – Şok siyahı

Bəhram çağırış etdi: İyunun 1-i gəlin...

Dərsi dini musiqi ilə başladı – Macar müəllim Bakıda

Azərbaycanda bu mütəxəssislərə ehtiyac var - Akademik

Fərda: Zamanında pulun arxasınca düşsəydim...

Saytdan bu səbəblərə görə getdim – Şərif Ağayar

Ağdamda şəhid sinif yoldaşlarımı gördüm… - Aqil Abbas

İlk qələbə xəbərini səsləndirən jurnalist danışdı – Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla